• $
  • €
  • ₽
  • ₺
  • £

Moskva NATO-ya əsas zərbəni Türkiyədə VURACAQ

Moskva NATO-ya əsas zərbəni Türkiyədə VURACAQ
08.03.2018 11:45
Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərini əldə etməsi NATO-da ciddi qorxulara səbəb olub.

Publika.az xəbər verir ki, bu haqda ittifaqın hərbi komitəsinin başçısı Pyotr Pavelə istinadən "Breaking Defence” nəşri yazıb.

Hərbi-siyasi blokun nümayəndəsinin sözlərinə görə, "S-400” NATO-nun texnologiyalarına uyğun gəlmir və ittifaqın hava hücumundan müdafiə sisteminə birləşdirilməmiş ayrı vahid kimi tətbiq ediləcək. Pavel qeyd edib ki, əsas problem Türkiyədə NATO-nun hərbi strukturu haqqında operativ informasiya ilə bağlıdır. Pavel vurğulayır ki, bu informasiya Rusiya sistemlərində saxlanılacaq.

Təşkilatın hərbi komitəsinin başçısı həmçinin narahatlığını ifadə edərək bildirib ki, "S-400”-lərin istismarı müəyyən hazırlıq səviyyəsini tələb edir və bununla əlaqədar olaraq Rusiya mütəxəssisləri yerli hərbçilərə təlimatın keçirilməsi üçün Türkiyəyə göndəriləcək.

Pavel ehtiyat edir ki, Rusiyadan olan bu ekspertlər kritik əhəmiyyətli kəşfiyyat məlumatlarına girişə malik olacaqlar və bu məlumatlar sonradan Rusiya hakimiyyətinə verilə ola bilər.

Daha əvvəl KİV bildirib ki, ABŞ Rusiya zenit-raket kompleksinin alınmasına görə Türkiyəyə qarşı sanksiyaları tətbiq edə bilər.

Qeyd edək ki, Türkiyə "S-400”-ün iki batareyasının əldə edilməsi haqqında Rusiya ilə razılaşıb. Tərəflər həmçinin, Türkiyədə zenit-raket komplekslərinin istehsalının inkişafı üçün texnologiya əməkdaşlığı haqqında razılıq əldə edib.

Xatırladaq ki, "S-400” zenit-raket komplekslərinin çatdırılması üzrə müqavilə Rusiya və Türkiyə arasında 2017-ci ilin dekabrında imzalanıb.

Qeyd edək ki, "S-400” ən yeni böyük mənzilli zenit-raket kompleksidir. Kompleks 400 kilometrə qədər uzaqlıqda aerodinamik hədəfləri və 60 kilometrə qədər uzaqlıqda taktik ballistik hədəfləri və həmçinin 4,8 km/san-a qədər sürətlə uçan qanadlı raketləri, taktik və strateji aviasiyanın təyyarələrini, ballistik raketlərin manevr edən döyüş başlıqlarını vura bilir.

Erkən aşkar etmə radarı 600 kilometrə qədər məsafədə hədəfi aşkar edir. Raketlər 5 metrdən başlayan hündürlükdə aşağıdan uçan hədəfləri vura bilər. Müqayisə üçün deyək ki, "Patriot” yalnız ən azı 100 metr hündürlükdə hədəfləri vura bilir. Zenit-raket sistemi ilə 30 kilometrə qədər hündürlükdə olan hədəfləri məhv etmək mümkündür. Raketlərin bir neçə tipindən istifadə mümkündür, bu isə eşelonlaşdırılmış müdafiə qurmağa imkan verir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol