• $
  • £

IFAB futboldakı yeni qaydaları təsdiqlədi

IFAB futboldakı yeni qaydaları təsdiqlədi
28.05.2020 21:57
Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) oyun qaydaları ilə bağlı yeni qərarlar qəbul edib.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, yeniliklər bu il iyunun 1-dən tətbiq olunacaq.

Yeni qaydalara əsasən, top hücum edən komandanın oyunçusunun əlinə dəyərsə və bu, sonda qolla nəticələnər və ya qol epizodunun yaranmasına səbəb olarsa, əllə oyun kimi qiymətləndiriləcək. Əks halda, oyun davam etdiriləcək. Top çiyinlə dirsək arasındakı nahiyəyə dəyərsə, bu, qayda pozuntusu hesab olunmayacaq. 

Qapıçının penalti zamanı etdiyi qayda pozuntusundan sonra top tora daxil olmasa, yalnız qolkiper zərbəni vuran futbolçunu narahat etdiyi halda 11 metrlik cərimə zərbəsi təkrarlana bilər.

Penaltinin təkrarlanmasına səbəb olan qapıçı sarı vərəqə ilə cəzalanacaq. Bu hal növbəti dəfə yaşanarsa, qolkiper yenə rəsmi xəbərdarlıq alacaq.
Kubok matçlarında oyunun əsas vaxtında sarı vərəqə alan futbolçu, penaltilər seriyasında da eyni cəza ilə üzləşəcəyi təqdirdə, qırmızı vərəqə sayılmayacaq və oyunçu meydandan qovulmayacaq.

Penalti zamanı qapıçı və zərbəni yerinə yetirən futbolçu eyni anda qaydaları pozarsa, yalnız futbolçunun hərəkətinə baxılacaq.
IFAB-ın futbol qaydalarındakı digər dəyişikliyi videotəkrar (VAR) sistemi ilə bağlıdır. Epizodu incələməyə gedən hakim yalnız bir dəfə monitor işarəsi göstərəcək. Şərhə açıq digər epizodlarda referi özü monitora yaxınlaşıb qərar verməlidir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsgəndər Cavadov fəxri diplomla təltif edilib
İdman 14:10
İsgəndər Cavadov fəxri diplomla təltif edilib

Futbol üzrə Azərbaycan Kubokununpüşkü atılıb
İdman 14:19
Futbol üzrə Azərbaycan Kubokununpüşkü atılıb
AFFA-da yeni təyinatlar
İdman 23:00
AFFA-da yeni təyinatlar
Litva - Azərbaycan oyununun biletləri satışa çıxarılıb
İdman 21:48
Litva - Azərbaycan oyununun biletləri satışa çıxarılıb
"Sabah" "Mançester Yunayted"ə məğlub olub - Yenilənib
İdman 00:53
"Sabah" "Mançester Yunayted"ə məğlub olub - Yenilənib
Azərbaycan millisinin 3 oyununun biletləri satışa çıxarılıb
İdman 18:09
Azərbaycan millisinin 3 oyununun biletləri satışa çıxarılıb
"Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək
İdman 09:13
"Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək
2028-ci ildə cüdo üzrə dünya çempionatı İsveçrədə keçiriləcək
İdman 19:23
2028-ci ildə cüdo üzrə dünya çempionatı İsveçrədə keçiriləcək
“Sabah”ın Çempionlar Liqasındakı oyunlarının təqvimi açıqlanıb
İdman 15:15
“Sabah”ın Çempionlar Liqasındakı oyunlarının təqvimi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol