• $
  • £

Azərbaycanla Ermənistan olimpiadada qarşılaşa bilər

Azərbaycanla  Ermənistan olimpiadada qarşılaşa bilər
28.08.2020 10:01
Bu gün Ümumdünya Şahmat Olimpiadasının "Top-divizion"unda 1/4 final mərhələsinin oyunları keçiriləcək. 

Anews.az bildirir ki, onlayn yarışda Azərbaycan millisi Polşa ilə üz-üzə gələcək.

Azərbaycan B qrupunu 14 xalla birinci pillədə başa vurub, Polşa isə pley-off-da Bolqarıstanı məğlub edərək növbəti mərhələyə yüksələ bilib.
 
1/4 final mərhələsinin digər görüşlərində Ukrayna ABŞ-la, Rusiya Macarıstanla, Hindistan isə Ermənistanla qarşılaşacaq. Azərbaycan millisi qalib gələcəyi təqdirdə, yarımfinalda Hindistan - Ermənistan cütünün qalibi ilə üz-üzə gələcək. 

Qeyd edilir ki, Ümumdünya Şahmat Olimpiadasında yarımfinal görüşləri avqustun 29-da, final isə avqustun 30-da gerçəkləşəcək. 

Xatırladılıb ki, yarışda Azərbaycanı Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edir. 

Azərbaycan Şahmat Federasiyası tərəfindən ehtiyat oyunçular siyahısına Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adı daxil edilib. Komandanın kapitanı Eltac Səfərli və Rəhim Qasımovdur.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
DÇ-2026-nın qalibinə kuboku İnfantino və Tramp təqdim edəcək
İdman 22:30
DÇ-2026-nın qalibinə kuboku İnfantino və Tramp təqdim edəcək
Messi dünya çempionatları tarixinin ən yaxşı bombardiri oldu
İdman 23:54
Messi dünya çempionatları tarixinin ən yaxşı bombardiri oldu
“Qarabağ”ın Avroliqadakı matçlarının vaxtı müəyyənləşib
İdman 22:08
“Qarabağ”ın Avroliqadakı matçlarının vaxtı müəyyənləşib
"Qarabağ" Martin Zlomisliçi transfer edib
İdman 20:56
"Qarabağ" Martin Zlomisliçi transfer edib
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol