• $
  • €
  • ₽
  • ₺
  • £

Tanınmış cüdoçu Elnur Məmmədlidən AÇIQLAMA- "Özümü məşqçi kimi görmürəm"

Tanınmış cüdoçu Elnur Məmmədlidən AÇIQLAMA-
22.09.2020 16:23
"Cüdo mənim həyatımı çox dəyişib. Azərbaycanı dünyada tanıtmaq baxımından yenidən dünyaya gəlsəydim, cüdoçu olmağı seçərdim". 
Anews.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, olimpiya və ikiqat Avropa çempionu Elnur Məmmədli Gənclər və İdman Nazirliyinin rəsmi "Facebook” səhifəsində canlı yayım zamanı deyib.

O bildirib ki, idmanla ən çox sağlamlığa görə məşğul olmalıdırlar: "Azərbaycan xalqı nə qədər sağlam olsa, ordusu o qədər də güclü olacaq. Yay Olimpiya Oyunlarına gedəndə də sanki müharibəyə gedirik. Bütün görüşləri qələbə ilə bitirdikdə hamı bizim himni dinləyir. Bundan gözəl hiss ola bilməz. Azərbaycanın igid övladları, hamı Ali Baş Komandanın əmrini gözləyir. Mən də olimpiya çempionu kimi həmin sıradayam. İnanıram ki, yarışlarımız Şuşada və Laçında keçiriləcək".

Məmmədlinin sözlərinə görə, idmanın zirvəsi ilk olaraq olimpiya çempionluğu, daha sonra dünya və Avropa çempionatında qələbədir: "Gənclərə tövsiyəm odur ki, valideynlərinə qulaq assınlar. Valideynlərə isə demək istəyirəm ki, övladlarınızı idmana qoyun. Öz övladımın da atası kimi olimpiya çempionu olmasını istəyirəm. Hərçənd, idmana marağı yoxdur. Gərək o da istəsin, onun yerinə qərar verə bilmərəm. Məni valideynim idmana aparıb, amma mənim yerimə məşq etməyib, əziyyətlər çəkməyib". 

Vitse-prezident sərbəst güləş milli komandanın baş məşqçisi təyin edilən olimpiya çempionu Namiq Abdullayevi təbrik edb. O, özünü məşqçi kimi görmədiyini sözlərinə əlavə edib: "Məşqçi ilə olimpiya çempionu arasında fərq böyükdür. Cüdoda Elxan Məmmədov kimi məşqçimiz var. Çox çətin işdir. Biz məsuliyyətdən qorxmuruq, sadəcə, işi bacarmaq lazımdır. Namiq Abdullayevin böyük təcrübəsi var. Onun təyinatını eşidəndə çox sevindim".  
Məmmədli bildirib ki, karyerası ərzində həmişə zəif idmançılara uduzub: "Güclü idmançılara məğlub olduğumu xatırlamıram".
Elnur Məmmədli 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qalibi olub.  

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
İdman 18:47
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
İdman 13:01
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
İdman 10:09
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
İdman 21:55
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol