• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıdakı Dünya Kuboku ləğv edildi

Bakıdakı Dünya Kuboku ləğv edildi
12.01.2021 18:00
Fevralın 13-14-də Bakıda keçirilməsi nəzərdə tutulan Batut gimnastikası və Tamblinq üzrə Dünya Kuboku ləğv olunub.

Anews.az Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yarışın ləğv olunması dünyada yayılmış koronavirus xəstəliyinin Azərbaycan ərazisində yayılmasının qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlıdır.

Bakıdakı Kubok ilə yanaşı Beynəlxalq Gimnastika Federasiyası İdman gimnastikası üzrə Dünya Kubokunun (Almaniya, 25-28 fevral) ləğv olunması, o cümlədən Akrobatika gimnastikası üzrə Dünya Kubokları (Rusiya -19-21 fevral; Portuqaliya - 5-7 mart; Belçika 9-11 aprel) və Aerobika gimnastikası üzrə Dünya Kubokunun (Yaponiya 24-25 aprel) təxirə salınması ilə əlaqədar qərar çıxarıb.

Qeyd edək ki, Bakıda İdman gimnastikası üzrə Dünya Kuboku (4 - 7 mart), Bədii gimnastika üzrə Dünya Kuboku (7 - 9 may), Aerobika gimnastikası üzrə 9-cu Dünya yaş qrupları yarışları (21 - 23 may), Batut gimnastikası və tamblinq üzrə 35-ci Dünya Çempionatı (11 - 14 noyabr) və 28-ci Dünya yaş qrupları yarışlarının (19 - 22 noyabr) keçirilməsi nəzərdə tutulur.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
İdman 18:47
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
İdman 13:01
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
İdman 10:09
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
İdman 21:55
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol