• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstanın Baş naziri azərbaycanlılarla görüşdü

Gürcüstanın Baş naziri azərbaycanlılarla görüşdü
21.03.2021 20:00
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili martın 21-də Novruz bayramı ilə əlaqədar ölkənin bir qrup azərbaycanlı vətəndaşını qəbul edib.

Anews.az xəbər verir ki, bu barədə Gürcüstan hökumət administrasiyasından məlumat verilib.

Görüşdə Gürcüstan parlamentinin deputatları Savalan Mirzəyev, Zaur Darğallı, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Tbilisidəki M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Mərkəzinin rəhbəri Leyla Əliyeva və ölkənin bölgələrində gəlmiş ictimaiyyət nümayəndələri və din xadimləri iştirak ediblər.

Baş nazir görüşdə deyib ki, Novruz yeniliyin simvolu, baharın gəlişi, yeni həyat və sevgi deməkdir. Belə bir gündə görüşmək və sizi, ölkənin azərbaycanlı vətəndaşlarını təbrik etmək mənim üçün böyük şərəfdir. Hökumət başçısı bütün azərbaycanlıları bayram münasibətilə təbrik edib, əmin-amanlıq, firavanlıq arzulayıb.

İ.Qaribaşvili hələ 2014-cü ildə ölkənin baş naziri olarkən Marneulidə Novruz bayramını azərbaycanlılarla birlikdə qeyd etdiyini xatırlayıb və həmin ənənənin bu gündə davam etməsindən məmnunluğunu ifadə edib.

Baş nazir deyib: "Çox təəssüf edirəm ki, pandemiya səbəbindən biz bu bayramı birlikdə geniş qeyd edə bilmirik. Amma inanıram ki, biz birgə mübarizə apararaq pandemiyaya qalib gələcəyik və gələcəkdə bu bayramı yenə də birlikdə, geniş şəkildə qeyd edəcəyik. Mən bir daha sizi Novruz bayramı münasibətilə təbrik edirəm. Novruz bayramınız mübarək olsun”.

Parlamentin deputatları Savalan Mirzəyev, Zaur Darğallı, Hacı Ramin İgidov və başqaları çıxış edərək təbrikə və xoş sözlərə, eləcə də ölkənin azərbaycanlı vətəndaşlarına göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib, azərbaycanlıların dövlətçilik ənənələrinə sadiq olduqlarını bildirib, eləcə də mövcud olan bir sıra problemlərdən söz açıblar

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol