• $
  • £

Böyük Dəbilqə: Cüdoçumuz bürünc medal qazandı - YENİLƏNİB

Böyük Dəbilqə: Cüdoçumuz bürünc medal qazandı - YENİLƏNİB
01.04.2021 19:38
Azərbaycan cüdosu Nicat Şıxəlizadə Türkiyənin Antalya şəhərində keçirilən Böyük Dəbilqədə bürünc medal görüşünə çıxıb.
"Report"un məlumatına görə, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançı 3-cü yer uğrunda qarşılaşmada fransalı Kilian Le Blouçla üz-üzə gəlib.
Rəqibini ipponla məğlub edən Şıxəlizadə bürünc medala sahib çıxıb.
Azərbaycanın bu çəkidəki digər təmsilçisi Orxan Səfərov isə Rusiya cüdoçusu Murad Çapanova uduzaraq, "bürünc" şansını əldən verib.
16:19
Azərbaycan cüdoçusu Nicat Şıxəlizadə Türkiyənin Antalya şəhərində keçirilən Böyük Dəbilqədə yarımfinal görüşünə çıxıb.
"Report"un məlumatına görə, 66 kq çəki dərəcəsində mübarizə aparan təcrübəli idmançı yaponiyalı ikiqat dünya çempionu Hifumi Abe ilə üz-üzə gəlib.
Rəqibinə ipponla uduzan Şıxəlizadə bürünc medal uğrunda qarşılaşmaya çıxacaq. O, əvvəlki görüşlərində Çingizxan Saqinaliyev (Qırğızıstan), Dmitri Minkovu (Belarus) və komanda yoldaşı Orxan Səfərovdan güclü olub.
Orxan Səfərov isə Kennet Van Hansbeke (Belçika) və Muhammed Demirelə (Türkiye) qalib gəlib. Avropa çempionu təsəlliverici görüşdə Qreqq Vareyi üstələyib və bürünc medal uğrunda görüşə vəsiqə əldə edib.
Şıxəlizadə bürünc medal uğrunda Kilian Le Blouç (Fransa), Səfərov isə Murad Çopanovla (Rusiya) qarşılaşacaq.
60 kq-da Kəramət Hüseynov 1/16 finalda Nikolae Foçaya (Moldova), Davud Məmmədsoy isə Emirhan Karahana (Türkiyə) qalib gəlib. Onlar növbəti raundda müvafiq olaraq, Yore Verstraeten (Belçika) və Albert Oğuzova (Rusiya) uduzublar.
Qadınların yarışında 48-da Leyla Əliyeva Katarina Tanzeri (Avstriya) məğlub etsə də, 1/8 finalda Françeska Milaninin (İtaliya) müqavimətini qıra bilməyib. Eyni çəkidəki Aişə Qurbanlı 1/8 finalda Anastasiya Pavlenko (Rusiya) ilə, Gültac Məmmədəliyeva (52 kq) isə 1/16 finalda Kehin Janqla (Çin) bacarmayıb.
Qeyd edək ki, 154 000 ABŞ dolları mükafat fondu olan "Böyük Dəbilqə" turnirinə aprelin 3-də yekun vurulacaq. Azərbaycan yarışda 13 cüdoçu ilə təmsil olunur.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan güləşçiləri Avropa çempionatında 6 medal qazanıblar
İdman 21:59
Azərbaycan güləşçiləri Avropa çempionatında 6 medal qazanıblar
"Qarabağ" Zakira Savonu transfer edib
İdman 19:06
"Qarabağ" Zakira Savonu transfer edib
"Qarabağ" üç futbolçusu ilə yollarını ayırdıb
İdman 17:33
"Qarabağ" üç futbolçusu ilə yollarını ayırdıb
İran millisi dünya çempionatından kənarda qala bilər
İdman 23:59
İran millisi dünya çempionatından kənarda qala bilər
"Sabah" komandası mükafatlandırılıb - Yenilənib
İdman 22:48
"Sabah" komandası mükafatlandırılıb - Yenilənib
Bu gün "Bakı–Xankəndi" velosiped yarışının ikinci mərhələsi keçiriləcək
İdman 09:30
Bu gün "Bakı–Xankəndi" velosiped yarışının ikinci mərhələsi keçiriləcək
"Qarabağ" "Turan Tovuz"a qalib gəlib
İdman 21:30
"Qarabağ" "Turan Tovuz"a qalib gəlib
"Qarabağ" azarkeşlərə görə 8000 manat cərimələnib
İdman 14:15
"Qarabağ" azarkeşlərə görə 8000 manat cərimələnib
İran millisi DÇ-2026-da iştirak edəcək
İdman 23:43
İran millisi DÇ-2026-da iştirak edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol