• $
  • €
  • ₽
  • ₺
  • £

Hansı idmançı nə qədər qazandı?

Hansı idmançı nə qədər qazandı?
12.08.2021 20:03
Xəbər verdiyimiz kimi, Tokio-2020 XXXII Yay Olimpiya Oyunlarında medal qazanan idmançılarımıza dövlət tərəfindən pul mükafatları verilib. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.

"Qafqazinfo"nun məlumatına görə, başa çatan Olimpiadada qızıl medalımız olmadığından, bu dəfə mükafatlar gümüş və bürünc medalçılar üçün nəzərdə tutulub.

Beləliklə, sərəncama əsasən, ikinci yeri tutan hər bir idmançıya 200 000 (iki yüz min) manat, onun məşqçisinə 100 000 (yüz min) manat, üçüncü yeri tutan hər bir idmançıya 100 000 (yüz min) manat, onun məşqçisinə 50 000 (əlli min) manat ayrılıb.

Ancaq mükafat bununla bitmir. Belə ki, Yaponiyada medal qazanan 7 idmançımız və məşqçilərə Milli Olimpiya Komitəsi tərəfindən də mükafat veriləcək. Gümüş medal qazanlar üçün 100 min, məşqçisinə 50 min, "bürünc"ə sahib çıxanlar üçün 50 min, məşqçisinə 25 min manat nəzərdə tutulub.

Yəni, Tokioda gümüş medal qazanan idmançı ümumilikdə 300 min manata sahib çıxıb. Onu yarışa çıxaran məşqçi isə bu məbləğin 50 faizini alır - 150 min manat.

Bürünc medalçıların ümumi qazancı 150 min manat, məşqçilərinin isə mükafatı 75 min manat təşkil edir. 

Bundan başqa, Milli Olimpiya Komitəsi tərəfindən baş məşqçiyə-idman növü üzrə ən yüksək nəticə göstərmiş idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər mükafat veriləcək. Baş məşqçilər üçün ayrılmış bu məbləğ ümumilikdə 250 min manat edir.

Maraq üçün bildirək ki, Tokio Olimpiadasına 44 idmançı ilə qatılan komandamız dördilliyin zirvə yarışını 3 gümüş və 4 bürünc medalla başa vurub. Gümüş medalların 2-si karate, 1-i güləş, bürünc mükafatlardan isə 2-si güləş, 1-i cüdo, 1-i boks yarışlarında qazanılıb.
Gümüş medal qazanan idmançılarımız və mükafatları:

Rafael Ağayev (kumite, 75) - 300 min manat, məşqçisi 150 min manat
Hacı Əliyev (Sərbəst güləş) - 300 min manat, məşqçisi 150 min manat
İrina Zaretska (kumite, +61 kq) - 300 min manat, məşqçisi 150 min manat
Bürünc medal qazanan idmançılarımız və mükafatları:
Rafiq Hüseynov (Yunan-Roma güləşi, 77 kq) - 150 min manat, məşqçisi 75 min
Mariya Stadnik (Sərbəst güləş, 50 kq) - 150 min manat, məşqçisi 75 min
İrina Kindzerska (cüdo, +78 kq) - 150 min manat, məşqçisi 75 min
Alfonso Domingez (boks, 81 kq)- 150 min manat, məşqçisi 75 min
Qeyd edək ki, ümumilikdə 1 milyon 500 min manat gümüş medalçılar və məşqçiləri, baş məşqçiləri üçün nəzərdə tutulubsa, 4 bürünc medal qazanan idmançı və məşqçilər və baş məşqçiləri üçün ayrılan mükafat fondu 1 milyon manatdır. Yəni, 7 medala dövlət tərəfindən verilən mükafatın ümümi məbləği 2 milyon 500 min manatdır.
Xatırladaq ki, komandamız medalların sayına görə 31-ci, əyarına görə isə 67-ci sırada qərarlaşıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
İdman 18:47
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
İdman 13:01
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
İdman 10:09
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
İdman 21:55
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarılıb
İdman 20:04
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarılıb
Zelim Tçkayev dünya çempionatında gümüş medal qazanıb
İdman 19:12
Zelim Tçkayev dünya çempionatında gümüş medal qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol