• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan iqtisadi azadlıq siyahısında geriləyib - Ekspertdən ŞƏRH

Azərbaycan iqtisadi azadlıq siyahısında geriləyib - Ekspertdən ŞƏRH
26.02.2022 09:08
Azərbaycan "orta azad" ölkələr siyahısında qərarlaşmaqla 61,6 ballıq göstərici ilə 75-ci yeri tutub, əvvəlki hesabatla müqayisədə Azərbaycanın iqtisadi azadlıq indeksi 8,5 bal aşağı düşüb. Bu barədə məlumat "The Heritage Foundation" strateji tədqiqat instititu dünya ölkələrinin 2022-ci il üzrə ənənəvi iqtisadi azadlıq reytinqi hesabatında əks olunub. 
 
Bu göstərici ilə o, Vanuatu, Paraqvay, Bəhreyn, Fil Dişi, Yunanıstan və Moldova ilə qonşudur.
 
Azərbaycan 2021-ci ildə iqtisadi azadlıq səviyyəsi üzrə dünya ölkələrinin reytinqində 178 ölkə arasında 38-ci yeri tutub. Azərbaycanın indeksi 70,1 təşkil edib. 2020-ci ildə Azərbaycanda bu göstərici 69,3 olub və 44-cü sırada yer alıb. 2019-cu ildə isə 65,4 bal ilə 60-cı yerdə qərarlaşmışdı.
 
İqtisadçı Natiq Cəfərli bildirir ki, iqtisadi azadlıq göstəricisi dörd həlledici prinsip əsasında formalaşır: hüququn aliliyi, dövlət müdaxiləsinin məhdudlaşdırılması, tənzimləmə effektliyi və azad bazar. Onun sözlərinə görə, hesabatda Azərbaycanın geriləməsinə səbəb prinsiplərdə daxil olan arqumentlərdi aşağı göstərici olub.
 
"Azərbaycan bəzi göstəricilərə görə, həmişə yüksək yerdə olub. Bunlardan biri qeydiyyatdır. Bu göstərici digər ölkələr ilə müqayisədə bizdə yaxşıdır. Biznesi qeydiyyata salmaq proseduru az müddət tələb edir, Məhdud Məsuliyyətli Cəmiyyəti 3 gün ərzində qeydiyyata salmaq olur. Sənədlərin toplanması, infrastruktura görə də ölkəmiz ön sıralarda olur. Lakin göstəricilərin aşağı olan məqamlar da az deyil. Bunlara Dünya Ticarət Təşkilatına üzv olmaması, hüquqi islahatların gecikdirilməsi, məhkəmədə işlərin uzadılması, rəqabətsizlik mühiti, rəqabət məcəlləsinin qəbul edilməməsi kimi kriteryalar daxildir ki, bu səbəbdən də Azərbaycan hesabatda geriləyib. Məhz bu il geriləməsi subyektiv səbəblərdən də ola bilər. Çünki ekspertlər dəyişir, hesabatda kompüter dəqiqliyi olmur, yanaşmalarda fərqlər ola bilir", deyə ekspert bildirdi. 
 
İqtisadçı Asif İbrahimovun fikrincə, postpandemiya dövründə geriləmə normaldır və car iilin 22 fevralında  Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putinin Kremldəki görüşündə müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə ilə əlaqədar iqtisadiyyatın bütün sahələri dirçələcək, iqtisadi azadlıq artacaq.
 
Azərbaycan daxil olmaqla, bütün dünya ölkələrində virusla (red. COVID-19) bağlı yaranan çətinliklər var idi. Zaman keçdikcə, bütün problemlər aradan qalxacaq, həmçinin də iqtisadi azadlıq artacaq. Bu prosesləri isə hazırda tezləşdirəcək əsas meyar Rusiya ilə imzalanmış sazişdir. Çünki onun böyük bir qismi - 18 bəndi məhz iqtisadiyyata həsr olunub. İqtisadiyyatın bütün sahələri inkişaf etdikcə artıq bazarda azad mühit yaranacaq", - deyə o vurğuladı. 
 
Mövzu ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvlərindən rəy almağa çalışsaq da, alınmadı. Suallarımız cavabsız, gözümüz yolda qaldı. 

Sözügedən hesabatda Cənubi Qafqaz ölkələri arasında ən yüksək yeri Gürcüstan tutur – 71,8 bal və 26-cı yer. Ermənistan 65,3 balla 58-ci yerdədir. Azərbaycan kimi hər iki ölkənin indeksində eniş var: Gürcüstan ötən il 77,2 balla 12-ci yeri, Ermənistan 71,9 balla 34-cü yeri tutmuşdu.  

Sözügedən siyahıda ilk yerləri Sinqapur, İsveçrə, İrlandiya, Yeni Zellandiya, Lüksemburq, Tayvan və Estoniya, sonuncu yerləri isə Zimbabve, Sudan, Kuba, Venesuela və Şimali Koreya tutur. Bəzi ölkələr (Əfqanıstan, İraq, Liviya, Lixtenşteyn Somali, Suriya və Yəmən) ümumiyyətlə, siyahıya düşməyiblər.
 
The Heritage Foundation ekspertləri iqtisadi azadlığı «mal və xidmətin istehsal, paylaşma və istehlakına hökumətin müdaxiləsi və maneçiliyi» kimi tərif edir, Fond 1995-ci ildən analiz aparır. İqtisadi azadlqı dərəcəsi 10 göstərici əsasında riyazi yolla hesablanır: biznes, ticarət, maliyyə, investisiya, əmək, monetar və fiskal azadlıq, mülkiyyət hüququnun qorunması, bürokratiya aparatının ölçüsü və korrupsiyadan qorunma dərəcəsi.
 
«Mütləq azad» iqtisadiyyat 100 bal, heç olmayan 0 bal alır. Dünyanın hesabatda yer alan bütün ölkələri 5 şərti qrupa bölünüb: «azad», «əsasən azad», «qismən azad », «əsasən qeyri-azad» və «qeyri-azad».

İqtisadiyyatı sərbəst olan ölkələr (80-100 bal);
İqtisadiyyatı əsasən azad olan ölkələr (70-79.9 bala);
İqtisadiyyatı orta dərəcədə azad olan ölkələr (60-69.9 bal);
İqtisadiyyatı əsasən azad olmayan ölkələr (50-59.9 bal);
İqtisadiyyatı azad olmayan ölkələr (0-49.9 bal).
 
Ləman Qasımova


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Bus Service” və direktoru əmək yoxlamasına maneəyə görə cərimələnib
İqtisadiyyat 19:07
“Bus Service” və direktoru əmək yoxlamasına maneəyə görə cərimələnib
Azərbaycanın maliyyə sektoruna xarici investisiyaların payı 7%-dir - PAŞA Bank
İqtisadiyyat 17:17
Azərbaycanın maliyyə sektoruna xarici investisiyaların payı 7%-dir - PAŞA Bank
Azərbaycanda əmanətlərin dollarlaşması tarixi minimuma enib - Taleh Kazımov
İqtisadiyyat 16:47
Azərbaycanda əmanətlərin dollarlaşması tarixi minimuma enib - Taleh Kazımov
Azərbaycan büdcəsində neft gəlirlərinin payını 30%-ə endirəcək - nazir
İqtisadiyyat 16:39
Azərbaycan büdcəsində neft gəlirlərinin payını 30%-ə endirəcək - nazir
Taleh Ziyadov: Orta Dəhlizdə sərhəd prosedurları uyğunlaşdırılmalıdır
İqtisadiyyat 15:51
Taleh Ziyadov: Orta Dəhlizdə sərhəd prosedurları uyğunlaşdırılmalıdır
Azərbaycanın Mərkəzi Asiya ilə ticarəti 53% artıb
İqtisadiyyat 15:48
Azərbaycanın Mərkəzi Asiya ilə ticarəti 53% artıb
LSEG: Azərbaycan şirkətləri kapital bazarlarından daha fəal istifadə edə bilər
İqtisadiyyat 15:43
LSEG: Azərbaycan şirkətləri kapital bazarlarından daha fəal istifadə edə bilər
Valeh Ələsgərov: Ələt Zonasının üstünlüyü ixracyönümlü istehsaldır
İqtisadiyyat 15:15
Valeh Ələsgərov: Ələt Zonasının üstünlüyü ixracyönümlü istehsaldır
Yeni idman dünyası KinonTV-də: “SetantaSports& TV” paketi istifadəyə verildi
İqtisadiyyat 14:53
Yeni idman dünyası KinonTV-də: “SetantaSports& TV” paketi istifadəyə verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol