Zahid Oruc: ”Soyumuzu məhv edə bilmədilər "
Dünyada, beynəlxalq münasibətlər və təhlükəsizlik sistemində baş verən dərin böhran şəraitində Azərbaycan xalqı öz tarixinin ağır və kədərli səhifəsini yenidən ehtiramla anır. Şübhəsiz, keçmiş və gələcək haqqında fikir söyləyən hər kəs indi daha çox məsuliyyət daşıdığının fərqindədir, bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, millət vəkili Zahid Oruc bu gün keçirilən plenar iclası zamanı çıxışında deyib.
26 sentyabr 2020-ci ilə qədər davam edən işğal tariximizin bir parçası olan Xocalı soyqırımı birinci Qarabağ müharibəsindəki itkilərimizin və hərbi məğlubiyyətin simvolu olmaqla yanaşı, həm də son 30 ildə milli səfərbərlik və birlik hadisəsinə çevrildi, torpaqlarımız uğrunda mübarizədə milli nifrəti və qəzəbi bir araya gətirdi, tarixi yaddaşımızın oyanışına təkan verdi, xalqın özünüqoruma duyğusunu artırdı və hərbi, siyasi baxımdan bir milləti təşkilatlanmağa məcbur etdi.
Ulu Öndər Heydər Əliyevin son iki əsrdə azərbaycanlıların yaşadığı faciələrin səbəblərini düzgün dərk etməsi üçün müəyyənləşdirdiyi dövlət kursu təkcə erməni faşizminin əsil simasını göstərmədi, eləcə də dünya erməniçiliyinin qlobal şəbəkəsini zəiflətdi, yaratdıqları mifləri sarsıtdı və Qələbəyə gedən bütün yolları açdı.Deməli, 26 fevral tarixi təkcə məhrumiyyət və ağrı hadisəsi deyil, həm də ümummili mübarizə günüdür.
30 il sonra tam qətiyyətlə demək olar ki, erməni ideoloqları, eləcə də Sarkisyan-Koçaryan adlı hərbi canilər azərbaycanlı soyunu məhv edə bilmədilər.Biz bir millət kimi varıq, yaşayırıq və hər zaman da öz torpaqlarımızda qurub-yaradacağıq.Təkcə Xocalıda qətl edilən 613 nəfərin deyil, bütövlükdə 20 mindən artıq şəhidimizin, yüz il əvvəl 31 mart tarixində canlarını qurban verən minlərlə oğul və qızlarımın əvəzinə yeni doğulan 100 minlərlə insanımız bizi yox etmək, qorxu və əsarət altında saxlamaq istəyənlərin məqsədlərinin puça çıxması deməkdir.
Hörmətli millət vəkilləri, artıq ikinci ildir ki, xalqımız Xocalı qətliamının qurbanlarını qalib millət kimi anır.27 sentyabrda başlayan müharibə həm də Xocalı qurbanlarının müqəddəs ruhu, azadlıq və müstəqillik ideallarının dövlət, millət, ordu tərəfindən həyata keçirilməsi demək idi. 44 günlük müharibə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırım siyasətinin qisasının alınmasına imkan verdi.Ona görə də Ali Baş Komandan İlham Əliyev on illər ərzində beynəlxalq tribunalarda, xarici dövlətlərdə qətliamın siyasi tanınmasına nail olarkən Vətən müharibəsi üçün siyasi zəmini formalaşdırdı, dünya ictimai fikrini hazırladı və ölkəmizə çoxlu tərəfdarlar qazandırdı.Lakin 44 günlük savaş təkcə Qarabağ uğrunda deyildi, həm də yaşadığımız regionda və dünyada ədalət, təhlükəsizlik üçün aparılırdı. Prezident Qarabağ müharibəsində soyqırımının qisasını almaqla yanaşı, regionda sülhün qarantına çevrildi, keçmiş sovet məkanında baş verən qanlı hadisələr fonunda bənzər faciələrin qarşısını aldı.
İkinci Qarabağ müharibəsində Xocalı faciəsinin təkrarlanmaması üçün dövlət, millət və ordu bir amal uğrunda birləşdi.Qalib ölkənin prezidenti öz millətini faciələrdən Zəfərə gətirə bildi.Lakin bütün dünya gördü ki, ermənilər dinc əhalini, mədəniyyətimizi, təbiətimizi məhv edirdi, biz isə hərbi terrorçuları. Əsas fərqimiz bundadır!
Bu qələbə "Ana harayı” abidəsi yanında minlərlə qəhrəman Azərbaycan əgəri və zabitinin qalibiyyət, xilaskarlıq monumentinin yaradılacağına inanırıq.Azad edilən torpaqlara dönəcək hər bir azərbaycanlının evi, təzədən qurulan kəndləri və şəhərləri Xocalı qurbanlarının, bütün şəhidlərimizin irsinin yaşadğını və qurub yaratdığını özündə əks etdirəcəkdir.
Ona görə də Ermənistan-Azərbaycan arasında gələcək sülh müqaviləsindən, diplomatik münasibətlərin taleyindən asılı olmayaraq, biz tariximizin qanlı səhifələrini qoruyub saxlamalıyıq:bir daha belə qəsdlərə məruz qalmamaq üçün!
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər