Zelenski Rusiyanı danışıqlar masasına çağırır
Ukrayna prezidenti Vladimir Zelenski Rusiyaya danışıqlar masasına oturmağı təklif edib. O, bunu bir qədər əvvəl yayımlanan videomüraciətində deyib.
"Bütün Ukrayna boyu müharibə gedir. Gəlin danışırlar masası arxasında oturaq. Adamların qırılmasının qarşısını alaq", - deyə Zelenski vurğulayıb.
O, həmçinin Avropanı Ukraynanı müdafiə etməyə çağırıb
"Əgər bizə belə asta-asta kömək edirsinizsə, özünüzü necə müdafiə edəcəksiniz?”, - deyə o, üzünü Avropa ölkə başçılrına tutub.
Zelenski Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını Avropa üçün təhlükə adlandırıb və buna görə də Avropanı proseslərə daha aktiv qoşulmağa çağırıb. .
"Rusiyanın Ukraynaya təcavüzü sadəcə işğal deyil, bu, Avropaya qarşı müharibənin başlanğıcıdır. Avropanın birliyinə, Avropada adi insan haqlarına, qitədə bərabər yaşama qaydalarına, Avropa dövlətlərinin sərhədləri güc yolu ilə bölməkdən imtina prinsipinə qarşı təhlükədir”, - deyə Zelenski bildirib.
Bİr qədər əvvəl bir qism teleqram kanalları CNN-ə istinadən Vladimir Zelenski bunkerdə gizləndiyini bildirib. Rəsmi Kiyev bu barədə hər hansı məlumat verməyib.
Fevralın 25-də səhər o, özü və ailəsinin Kiyevdə olması barədə açıqlama verərək demişdi ki, ölkəni tərk etmək fikrində deyil.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər