• $
  • €
  • ₽
  • ₺
  • £

Litva döyüş PUA-ları almaq niyyətindədir

Litva döyüş PUA-ları almaq niyyətindədir
08.03.2022 18:30
Litva ordusunun silah arsenalı döyüş pilotsuz uçuş aparatları ilə zənginləşəcək.


TASS xəbər verir ki, bu barədə Baltikyanı respublikasının müdafiə naziri Arvidas Anuşauskas bildirib.


"Biz düşməni məhv etmək üçün nəzərdə tutulan yeni texnoloji nəsil döyüş pilotsuz uçan aparatlarının alınmasını nəzərdə tuturuq”, - o deyib.


Nazirin sözlərinə görə, orduda pilotsuz aparatlar var, lakin onlar düşmənlə birbaşa döyüş üçün nəzərdə tutulmayıb. "Onlar atəş nöqtəsini dəqiqləşdirmək, düşmənin hərəkətini izləmək, kəşfiyyat aparmaq üçün olan aparatlardır”, - o qeyd edib.


Satınalma üçün hərbi ehtiyaclar məqsədilə əlavə olaraq ayrılan vəsaitdən istifadə edilə bilər. Hökumət cari ilin dövlət büdcəsinə yenidən baxılması çərçivəsində müdafiə xərclərinin 250 milyon avro artırılmasını təklif edib. Seym (parlament) fraksiyaları bu təşəbbüsü dəstəkləyib. Təşəbbüs parlamentin martın 10-da açılacaq yaz sessiyasının müzakirəsinə təqdim olunacaq.


Cari il üçün dövlət büdcəsindən respublikanın Müdafiə Nazirliyi sisteminə 1,2 milyard avro vəsait ayrılıb ki, bu da ümumi daxili məhsulun 2,05 faizini təşkil edir. Əlavə 250 milyon avro ilə bu rəqəm 2,5%-ə yüksələcək.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol