• $
  • €
  • ₽
  • ₺
  • £

Putinin antiböhran tədbirləri haqqında fərmanı ölkəni xilas edəcəkmi?

Putinin antiböhran  tədbirləri haqqında fərmanı ölkəni xilas edəcəkmi?
08.03.2022 20:11
Rusiya prezidenti  Vladimir Putin antiböhran tədbirləri barədə fərman imzalayıb.
 
BBC iqtisadiyyat departamentinin redaktoru Olqa Şamina bildirir ki, bu  tədbirlər əsasən sosial istiqamətlidir. 


İlk növbədə fərmanda təqaüdçülərin təminatı nəzərdə tutulur. İndiyə kimi qanunverici orqan təqaüdləri inflyasiyanın həcminə uyğun olaraq ildə bir dəfə indeksasiya edirdisə indi təqaüdlərin miqdarına  ildə bir neçə dəfə baxıla biləcək, üstəlik onlara əlavə müavinatlar da təyin edilə bilər. Bu təqaüdlərin həcmi inflyasiya uyğun dəyişəcək. 


Hələ hərbi əməliyyatlara başlamazdan qabaq Rusiyada inflyasiya 8% təşkil edirdi. Bu ölkədə insflyasiya 2016 -cı ildə Krımın işğalından sonra maksimum həddə çatmışdı. İndi idxalın qadağan edildiyi və sürətli devalvasiyann getdiyi şəraitdə inflyasiya ilə bağlı proqnozlar vermək çətindir.


Rublun devalvasiyaya uğraması və idxala  qadağadan sonra xaricdə istehsal edilən məhsullar Rusiya bazarına daxil olmayacaq. Ekspertlərin fikrincə, inflyasiyanın ikirəqəmli olacağı labüddür. 


Bundan başqa hökumət "dost olmayan ölkələr"dən  qovulmuş tələbələrə  yardım etmək niyyətindədir. Belə ki, Rusiya dünyanın aparıcı universitetlərində oxuyan tələbələri öz səviyyəsinə görə qat-qat aşağı  olan Rusiya ali məktəblərinə götürməyi vəd edir. "Dost olmayan ölkələr" siyahısına Putin hakimiyyəti Rusiyanı bu ölkəyə sanksiyalar tətbiq edən ölkələri daxil edir. 


Hakimiyyət həmçinin  sanksiya səbəbindən yaranmış dərman çatışmazlığı problemini həll etməyə çalışır. Bunun üçün ölkə daxilində dərman istehsal edən müəssisələrin fəaliyyətini stimulaşdırmaq niyyətindədir. 


Biznes həmçinin özününizamlamanın təşkili yolu ilə dəstək alacaq. Yəni şirkətlər öz özlərinə borc verə biləcəklər. Həmçinin aksiyaları sanksiyalar nəticəsində ucuzlaşan şirkətlər onları özlri ala biləcək. 


BBC iqtisadiyyat departamentinin redaktoru Olqa Şamina  bildirir ki,  biznesə konkret yardımlar Putinin bu fərmanında öz əksini elə də tapmayıb.  


N.Təbrizli 





www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol