• $
  • €
  • ₽
  • ₺
  • £

Pentaqon: Rusiyanın itkiləri 2-4 min nəfər təşkil edir

Pentaqon: Rusiyanın itkiləri 2-4 min nəfər təşkil edir
08.03.2022 21:23
Rusiya Ukraynada  hərbi əməliyyatlar zamanı 2-4 min adam itirib. Bunu ABŞ Müdafiə Nazirliyinin kəşfiyyat idarəsinin rəhbəri Skott Berriyer bildirib. 

"Rusiya çox pis plana malik idi",  -  o, kəşfiyyatın əldə etdiyi məlumatlara istinadən bildirib. 
 
Bir az qabaq Pentaqon bəyan edib ki, ABŞ kəşfiyyatının əldə etdiyi məlumata görə, Rusiya Ukraynaya müharibəyə qədər topladığı hərbi qruplaşmalarını 100% yeridib. 

Hələlik Pentaqon Rusiyanın Ukraynaya əlavə hərbiçi göndərmək niyyətində olduğunu aşkarlamayıb. 

Bu bazar Pentaqon NATO-nun Avropada olan müttəfiqlərini gücləndirmək üçün 500 hərbiçi göndərdiyini bildirib. Beləliklə, hazırda Avropada ABŞ hərbçilərinin sayı 100 in nəfər təşkil edib. 

Kiyev yaxınlığında olan 64 kilometrlik hərbi maşın karvanı isə olduğu yerdə durur. 

Odessa yaxınlığında da Pentaqon dəniz desantının düşürüldüyünü müşahidə etmir. Rusiya həmçinin Ukrayna hava məkanına nəzarəti təmin edə bilməyib. Ukrayna hərbi təyyarələri və vertolyotları səmada uçur və Havadan mühafizə sistemi fəaliyyət göstərməkdədir. Bununla bərabər hər iki tərəfdən qırıcı təyyarələr , vertolyot və havadan mühafizə qurğuları  arasında itkilər var. 
 
Ukrayna Rusiyanın itkiləri barədə

Ukrayna Müdafiə Nazirliyi ilə Rusiya tərəfinin 12 min şəxsi heyət üzvü itirdiyini bildirir. UNİAN agentliyi qeyd edir ki, bura təkcə ölmüş Rusiya hərbiçiləri deyil  həm də yaralılar daxildir. 
 
Rusiya öz itkiləri barədə

Rusiya Müdafiə NAzirliyi öz itkiləri barədə yalnız bir dəfə məlumat verərək onların sayının 498 nəfər olduğunu deyib. Hazırda Rusiyada təcavüzkar əməliyyat həyata keçirən Risqvardiya  da itkiləri barədə açıqlama vermir. 

Müharibə şəraitində hər iki tərəfin itkiləri barədə dəqiq məlumat almaq mümkün deyil.
 
N.Təbrizli



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol