• $
  • €
  • ₽
  • ₺
  • £

"Böyük teatr"ın baş dirijoru istefa verib

08.03.2022 23:03
Məşhur rusiyalı dirijor Tuqan Soxiyev  bazar günü  "Böyük teatr"ın  baş dirijoru vəzifəsindən istefa verməsi barədə bəyanat verib. O, həmçinin bildirib ki, Tuluza Kapitoliyasının Milli Orkestrinin rəhbəri  vəzifəsindən də gedir.

Öz Facebook səhifəsində ingilis dilində yerləşdirdiyi emosional bəyanatında Soxiyev bildirib ki,  həmişə istənilən formada olan münaqişələrə qarşı çıxış edir, amma indi  onu  əlindən gəlməyən seçim etməyə məcbur edirlər. Bununla belə Soxiyev rus hərbiçilərinin Ukraynadakı əməliyyatını dəstəkləyib dəstəkləmədiyini  açıq bildirməyib. 

"Mən həmişə Rusiya kimi zəngin mədəniyyətə malik bir ölkədən çıxmış dirijor olmağımla fəxr etmişəm. Həmçinin 2003-cü ildən Fransa musiqi həyatının bir hissəsi olmağımla da qürur duymuşam . Musiqinin gücü də məhz bundan ibarətdir. Musiqi bütün  kontinentlərdən olan musiqisevərləri  və musiqiçiləri birləşdirir, insanların ruhunu xilas edir və onların planetdə dinc yaşamasına  ümid yaradır.

Son bir neçə gün ərzində yaşadıqlarımı heç vaxt hiss etməmişəm. Avropada məni  mənim musiqi aləmimin  birinin xeyrinə seçim etməyə məcbur edirlər. 


Məni iki mədəniyyət ənənəsindən birini seçməyə məcbur edirlər. 

Məni bir artisti digərindən üstün tutmağa məcbur edirlər. 

Məni bir ifaçını o birindən artıq saymağa məcbur edirlər.  

Bir azdan məndən tələb edəcəklər ki, Çaykovski, Stravinski, Şostakoviçlə Betxoven, Brams, Debyussi arasında seçim edim. Bu artıq Rusiya musiqisinin qadağan edildiyi Polşa və  bir sıra Avropa ölkəsində baş verir. 

Mən həmkarım olan dirijor, aktyor, ifaçı, rəqqas, rejissorların necə təhdidlərə, hörmətsiz münasibətə məruz qalmalarına sakit baxa bilmirəm. Yalnız biz musiqiçilərə istisna olaraq bu məşhur bəstəkarların musiqilərini ifa etməklə insanlığı qorumaq, onları bir-birinə qarşı xeyirxah etmək  imkanı verilib. Biz Şostakoviçin musiqisi vasitəsilə İkinci dünya müharibəsi zamanında bəşəriyyətin yaşadığı dəhşətləri yada salırıq. Biz musiqiçilər sülh elçiləriyik. Bizdən və musiqimizdən millətləri və insanları birləşdirmək üçün istifadə etmək əvəzinə, Avropada bizi parçalamağa, bizi kənarlaşdırmağa çalışırlar.

Bütün yuxarıda deyilənlərə ,  sevimli Rusiya və  sevimli Fransa musiqiçiləri arasında qeyri-mümkün seçim etmək qarşısında qalmağa məcbur olduğum üçün  mən Moskva "Böyük Teatr"nın  baş dirijoru vəzifəsindən getməyə qərar verdim. Həmçinin Tuluza Kapitoliyasının Milli orkestrinin rəhəbəri vəzifəsindən də istefa verirəm”, - Soxiyev Facebook səhifəsində yazıb.


Soxiyev Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı mövqeyini açıq şəkildə bildirmək istəmədiyi üçün istefa verən və ya əməkdaşlığı dayandıran daha bir rus mədəniyyət xadimidir.

Bundan qabaq "Böyük teatr"-ın Londona qastrola hazırlaşan  ifaçılarının Londondakı  Covent Garden Kral teatrında çıxışları ləğv edilib. Valeri Gergiyev Münhen filarmoniyasının orkestrindən qovullub.

Bavariya Dövlət Operası isə həm Gergiev, həm də opera müğənnisi Anna Netrebko ilə münasibətlərini kəsib.

N.Təbrizli 





www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
Mədəniyyət 12:32
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Mədəniyyət 18:56
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol