• $
  • £

Rusiya agentlərinin kimliyi məlum olub

Rusiya agentlərinin kimliyi məlum olub
29.03.2022 17:17
Ukrayna Rusiya Təhlükəsizlik Xidmətində çalışan, təhlükəsizlik və kəşfiyyat fəaliyyətində məsul olan 620 məxfi agentin şəxsiyyətini açıqlayıb. Bu barədə Türkiyənin Sözcü qəzeti məlumat yayıb.
 
Ukraynanın açıqladığı siyahıya agentlərin  telefon nömrələri, ev ünvanları, maliyyə məlumatları daxil edilib. "Moskvanı utandıracaq sızma” kimi xarakterizə edilən açıqlama Vladimir Putinin yüksək rütbəli üzvlərini ev dustaqlığına göndərdiyinə dair xəbərlərdən sonra yayılıb.
 
Ukrayna rəsmiləri siyahıda yer alan rus agentlərinin Avropa ölkələrində "cinayət işlərində əli olduğunu” iddia edib. Ukrayna səlahiyyətliləri agentlər haqqında bu məlumatın necə əldə edildiyini açıqlamayıb, Rusiya kəşfiyyat bölmələrinə köhnə sızıntılardan istifadə edildiyi təxmin edilib.
 
Putinin Ukrayna müharibəsindəki uğursuzluqlarda Rusiya kəşfiyyatını günahlandırdığı da iddia edilib. Saxlanılanlar arasında Xarici Kəşfiyyat bölməsinin rəhbəri Sergey Beseda və onun müavini Anatoli Bolyuk da var.
 
2022-ci ilin fevralın 24-də Rusiya Silahlı Qüvvələri Ukraynanın "denasifikasiya və demilitarizasiyası” (nasizm ünsürlərindən təmizlənmə və silahsızlaşdırılma), habelə Donetsk və Luqansk "respublikalarının ərazi bütövlüyünün” təmin olunması məqsədilə ölkəyə şərq, cənub (Krım) və şimal (Belarus) istiqamətlərdən hücuma başlayıb. Hücum bu günə kimi davam etməkdədir.
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hindistanda kater qəzaya uğrayıb, ölənlər var
Dünya 22:48
Hindistanda kater qəzaya uğrayıb, ölənlər var
Makron Ermənistana səfər edəcək
Dünya 20:22
Makron Ermənistana səfər edəcək
Sergey Melikov Dağıstan rəhbərliyindən gedir
Dünya 19:15
Sergey Melikov Dağıstan rəhbərliyindən gedir
Dağıstan və Çeçenistanda sel fəlakəti nəticəsində 9 minə yaxın ev zərər çəkib
Dünya 17:15
Dağıstan və Çeçenistanda sel fəlakəti nəticəsində 9 minə yaxın ev zərər çəkib

Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Dünya 14:54
Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Keçmiş ICC prokurorunun videosunda Paşinyanın uzaqlaşdırılması və Borrel ilə bağlı iddialar yer alıb- VİDEO
Dünya 11:40
Keçmiş ICC prokurorunun videosunda Paşinyanın uzaqlaşdırılması və Borrel ilə bağlı iddialar yer alıb- VİDEO
Tramp İrana mümkün zərbələr fonunda qapalı kəşfiyyat brifinqi keçirəcək
Dünya 10:37
Tramp İrana mümkün zərbələr fonunda qapalı kəşfiyyat brifinqi keçirəcək
Zelenski Lukaşenkonun oğullarına sanksiya tətbiq edib
Dünya 23:44
Zelenski Lukaşenkonun oğullarına sanksiya tətbiq edib
Lavrov Qazaxıstana səfər edib
Dünya 23:26
Lavrov Qazaxıstana səfər edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol