Maripolda doğum evinin işçiləri oğurlandı
Rusiya hərbçiləri Mariupoldakı doğum evlərinin birindən tibb işçiləri və xəstələri oğurlayıb. Bu barədə Telegram-da Mariupol Şəhər Şurası məlumat yayıb.
www.anews.az
Bildirilib ki, rus işğalçıları Ukraynanın Mariupol sakinlərini qaçırmaqda davam edir. Xüsusilə, Levoberejnı rayonundakı 2 saylı doğum evindən 70-dən çox insan zorla çıxarılıb - bunlar tibb işçiləri və xəstələrdir.
Martın 3-də Rusiya Maripoldakı yerləşən doğum evinə hücum edib. Nəticədə xəstəxanaya ciddi ziyan dəyib. Bir çox hamilə qadınlar və uşaqlar yaralanıb.(unian)
Gülnar Nazimqızı
www.anews.az