Rus əsgərləri geri çəkilməlidir - İrina Vereçuk
Çernobıl AES-də sursatların partlaması riskinin altındadır və stansiyanı zəbt edən Rusiya qüvvələri onun ərazisini dərhal tərk etməlidir. Bu barədə Ukrayna baş nazirinin müavini İrina Vereçuk deyib.
"Biz Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qadağan zonası olan Çernobılın demilitarizasiyası üçün təcili tədbirlər görməsini və nüvə fəlakəti riskini yenidən minimuma endirmək üçün bölgəyə BMT-nin xüsusi missiyasına başlamasını tələb edirik", - Ukrayna rəsmisi deyib.
Vereçuk həmçinin bildirib ki, Ukrayna dünən İstanbulda keçirilən danışıqlarda Rusiyadan hücumlardan ən çox zərər çəkən kənd və şəhərlərdə 97 humanitar dəhlizin açılmasına icazə verilməsini istəyib.
Ukrayna işğalının əvvəlində Rusiya ordusunun Çernobıldakı zavodu ələ keçirməsi 1986-cı ildə nüvə fəlakətinin baş verdiyi stansiyada yeni sızmanın baş verə biləcəyi ilə bağlı narahatlıqlara səbəb olub.
Aytac Zeynalova
www.anews.az