BMT: 4 milyondan çox insan Ukraynadan qaçıb
Rusiya-Ukrayna müharibəsi səbəbindən Ukraynadan qaçan ukraynalıların sayı 4 milyonu keçib. Bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali komissarı Filippo Qrandi sosial media hesabında bildirib.
"Ukraynaya yenicə gəlmişəm. Lvovdakı səlahiyyətlilərlə, BMT və digər tərəfdaşlarla bu mənasız müharibədən zərər çəkmiş və köçkünlərə dəstəyimizi artırmaq yollarını müzakirə edəcəyik"- o bildirib.
Fevralın 24-də başlayan müharibədə 4 milyon 19 min 287 nəfər Ukraynanı tərk etmək məcburiyyətində qalıb.
www.anews.az