• $
  • £

Osmanlıdan qalan memarlıq nümunələri bərpa edilmir

Osmanlıdan qalan memarlıq nümunələri bərpa edilmir
30.03.2022 21:26
Yunanıstanın Qərbi Trakya (Frakiya) bölgəsində Osmanlı dövrünə aid əsərlərin bərpasına icazə verilmir, bununla bağlı "TRT Haber" xəbər portalı araşdırma edib. 
 
Xanthidəki tarixi qəbiristanlığı yerlə-yeksan edən Bulustra Bələdiyyəsi məscidləri də dağıdıb. 

"Osmanlı dövrünə aid qəbiristanlıqlar, məscidlər və bənzər dini tikililər dağıdılır. Qərbi Trakyadakı Xanthi şəhərində tamamilə və ya əksəriyyəti yunan olan bölgələrin sakinləri Osmanlı dövrünə aid əsərlərin bərpasına qarşı çıxır.  

Bulustra Bələdiyyəsi də bir qrup sakinin bu rəftarını dəstəkləyir. Həmitli kəndində Osmanlı dövründən qalan məscidin dörddə üçü dağıdılıb. Səbəb isə məscidin yerləşdiyi əraziyə yeni yol çəkilmə layihəsidir", saytın müxbiri deyib.

Məlum olub ki, əvvəllər məscidin təmirinə icazə verilib, lakin kənd sakinlərinin şikayəti əsasında işlər dayandırılıb. Məscidin ətrafı məftillə əhatə olunub. Bələdiyyənin yol işləri də hələlik dayanıb.

Həmitli kənd qəbiristanlığının da taleyi naməlumdur, meşəlik ərazidə yox olmaq ərəfəsindədir.

Horozlu kəndindəki Osmanlı dövründən qalma qəbiristanlığı da bələdiyyə söküb, idman qurğusu və uşaq meydançası tikiləcəyini deyib.
 
550 il Osmanlı hakimiyyəti altında qalan Qərbi Trakyadakı türk hökmranlığı 1363-cü ildə bölgənin fəthi ilə başlamış, 1913-cü ildə Balkan müharibələri zamanı itirilməsi ilə sona çatıb.
 
Osmanlı dövləti 1299-1922-ci illərdə mövcud olub.
 
Ləman Qasımova
 





www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hindistanda kater qəzaya uğrayıb, ölənlər var
Dünya 22:48
Hindistanda kater qəzaya uğrayıb, ölənlər var
Makron Ermənistana səfər edəcək
Dünya 20:22
Makron Ermənistana səfər edəcək
Sergey Melikov Dağıstan rəhbərliyindən gedir
Dünya 19:15
Sergey Melikov Dağıstan rəhbərliyindən gedir
Dağıstan və Çeçenistanda sel fəlakəti nəticəsində 9 minə yaxın ev zərər çəkib
Dünya 17:15
Dağıstan və Çeçenistanda sel fəlakəti nəticəsində 9 minə yaxın ev zərər çəkib

Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Dünya 14:54
Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Keçmiş ICC prokurorunun videosunda Paşinyanın uzaqlaşdırılması və Borrel ilə bağlı iddialar yer alıb- VİDEO
Dünya 11:40
Keçmiş ICC prokurorunun videosunda Paşinyanın uzaqlaşdırılması və Borrel ilə bağlı iddialar yer alıb- VİDEO
Tramp İrana mümkün zərbələr fonunda qapalı kəşfiyyat brifinqi keçirəcək
Dünya 10:37
Tramp İrana mümkün zərbələr fonunda qapalı kəşfiyyat brifinqi keçirəcək
Zelenski Lukaşenkonun oğullarına sanksiya tətbiq edib
Dünya 23:44
Zelenski Lukaşenkonun oğullarına sanksiya tətbiq edib
Lavrov Qazaxıstana səfər edib
Dünya 23:26
Lavrov Qazaxıstana səfər edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol