Bir ayağı ilə yüzlərlə kilometr yol qət etdi
Qəza nəticəsində bir ayağını itirən Ahmet Dönməz həyatını idmana həsr edib. Velosiped sürməyi həm hobbi, həm də işinə çevirən Dönmez çempionatlarda iştirak etmək istəyir.
13 yaşında görünməz qəza nəticəsində bir ayağını itirən 32 yaşlı Ahmet Dönməz 20 yaşında bodibildinq( xüsusi fiziki məşqlər hesabına əzələlərin inkişaf - red.), 5 il sonra isə üzgüçülüklə məşğul olmağa başlayıb.
Dönmez ayaqqabısının altında və pedalda açar mexanizmi olan velosipedlə yüzlərlə kilometr yol qət edib.
Dönməz bildirir ki, üzgüçülük və bədən tərbiyəsi idmanı ilə məşğul olduğu dönəmdə əlilliyi olan idmançıdan təsirlənib.
"Orada gördüm ki, tək ayaqla velosiped sürmək olar. Dərhal araşdırmaya başladım. Məlum oldu ki, onu velosiped ayaqqabısı və xüsusi kilidli pedalla sürür. Bundan sonra dərhal velosiped aldım və sürməyi öyrəndim. Zaman keçdikcə velosipedə aludə oldum, bu hobbi həyatımı xeyli asanlaşdırdı. Əlim bir növ ayağım oldu. Bir yerdən başqa yerə daha rahat gedə bilirəm və velosiped sürmək mənim həyat tərzimə çevrilib”, o bildirdi.
Dönməz bir müddət əvvəl işsiz qaldığını, diş pastası, diş fırçası, akkumulyator kimi materialları velosipeddən istifadə edərək müəssisələrə sataraq dolandığını açıqlayıb.
"İdmançıyam amma işsizəm. İş tapa bilmirəm. Məşq edirəm. Adanadan Mersinə, Kozana, Karataşa, Ceyhan, Osmaniye, Hatayda tək ayaqlı velosipedlə gəzirəm. Amma maddi dəstək olmasa, boşa gedər. Çempionatlarda iştirak edə bilmərəm. Həm bizneslə, həm də idmanla məşğul olduğum üçün sponsor axtarıram", o söyləyib.
Ahmet Dönməz Türkiyənin müvafiq qurumlarının kömək edəcəyinə inanır. (trt haber)
Ləman Qasımova
www.anews.az