Google rus hakerlərini NATO-ya hücumda suçlayır
Google-un internet təhlükəsizliyi komandası olan Threat Analysis Group (TAG) hesab edir ki, Rusiyadan olan hakerlər bu yaxınlarda NATO-nun və bir sıra Şərqi Avropa ölkələrinin müdafiə qurumlarının kompüter şəbəkələrini sındırmağa cəhd ediblər.
TAG hesabatında Coldriver qrupunun və ya Callisto-dan olan rus hakerlərinin hansı ölkələrə hücum etdiyi barədə məlumat verilmir.
Rusiya isə Qərb institutlarına kiberhücumlar edən hakerlərə dövlət dəstəyi ilə bağlı hər hansı iddianı təkzib edib.
2019-cu ildə Finlandiyanın kibertəhlükəsizlik proqramlarıarının istehsalçısı F-Secure Labs Callisto haker qrupunu Avropanın xarici siyasət və təhlükəsizlik məlumatlarını əldə etməyə çalışan naməlum və yüksək texnologiyalara malik şirkət adlandırıb.
Google hesabatına görə, hakerlər həmçinin NATO-nun qabaqcıl təcrübə Mərkəzlərini də hədəfə alıb. Təhdidlərin Təhlili Qrupunun mütəxəssisləri bu hücumların təfərrüatlarını açıqlamır.
www.anews.az

"Biz hər gün zərərli kiber fəaliyyətlə rastlaşırıq. NATO qabaqcıl təcrübə Mərkəzləri alyansla birlikdə işləyir, lakin onlar NATO-nun bir hissəsi deyil. Biz daim onlarla ber təhlükəsizlik məsələləri ilə bağlı əlaqə saxlayırıq", - NATO bəyanatında deyilir. Bu barədə Reuters yazır.
Threat Analysis Group 50-dən çox ölkənin hökumətləri tərəfindən dəstəklənən 270-dən çox kibercinayətkar qrupa nəzarət edir.
N.Təbrizli
www.anews.az