• $
  • £

Rusiya Ukraynada yeni hücuma hazırlaşır - NATO-nun baş katibi

Rusiya Ukraynada yeni hücuma hazırlaşır - NATO-nun baş katibi
31.03.2022 17:07
Ukraynadakı rus qoşunları geri çəkilmir, əksinə yenidən qruplaşır. Bunu NATO-nun baş katibi Yens Stoltenberq cümə axşamı Moskvanın Kiyev və Çerniqov istiqamətlərində "döyüş əməliyyatlarının intensivliyinin kəskin şəkildə azaldılması" ilə bağlı bəyanatı şərh edərkən bildirib. 

Stoltenberqin sözlərinə görə, alyans Rusiya tərəfin Ukrayna ilə apardığı  danışıqlardaverdiyi sözlərin səmimiliyə əmin deyil, çünki Moskvanın hərbi məqsədləri Ukraynaya müdaxilə başlayandan bəri dəyişməyib.


İstanbulda Rusiya-Ukrayna danışıqları başa çatdıqdan sonra Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi Kiyev və Çerniqov istiqamətində hərbi əməliyyatların intensivliyinin köklü şəkildə azaldığını bəyan edib.


"Kəşfiyyatımıza görə, rus bölmələri geri çəkilmir, onlar yeni mövqelərə keçirlər. Rusiya onları Donbasda hücum üçün yenidən qruplaşdırmağa, gücləndirməyə və yenidən təchiz etməyə çalışır”, - Stoltenberq Brüsseldə jurnalistlərə açıqlamasında deyib.


"Eyni zamanda, Rusiya Kiyevə və digər şəhərlərə təzyiqlərini davam etdirir. Ona görə də biz Ukrayna xalqına daha çox zərbə vuracaq yeni hücum əməliyyatları gözləyirik”,  - NATO baş katibi deyib. 

"Biz Rusiyanın hərəkətlərində  real dəyişiklik görmürük... Onlar öz məqsədlərinə hərbi yolla nail olmaqda davam edirlər”, - NATO-nun baş katibi vurğulayıb.

O əlavə edib ki, NATO və  müttəfiqləri  Ukraynanın tələbinə uyğun olaraq  silah ixracını davam etdirəcəklər.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Dünya 13:11
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Ukrayna qoşunları Rusiyanın içinə doğru irəliləyir
Dünya 11:07
Ukrayna qoşunları Rusiyanın içinə doğru irəliləyir
Beynəlxalq Bankın sabiq rəhbərinin Londonda olan malikanəsi müsadirə olunub
Dünya 13:18
Beynəlxalq Bankın sabiq rəhbərinin Londonda olan malikanəsi müsadirə olunub
İran ABŞ-la danışıqlara hazırdır
Dünya 15:28
İran ABŞ-la danışıqlara hazırdır
 Baydeni seçkidə kim əvəz edə bilər? - Financial Times
Dünya 13:35
Baydeni seçkidə kim əvəz edə bilər? - Financial Times
Aleksey Navalnı cəzaçəkmə müəssisəsində ölüb  - Video
Dünya 15:29
Aleksey Navalnı cəzaçəkmə müəssisəsində ölüb - Video
Türk lirəsi 7% ucuzlaşaraq yeni rekord həddə düşüb
Dünya 23:21
Türk lirəsi 7% ucuzlaşaraq yeni rekord həddə düşüb
Ərdoğan Ankarada tərəfdarları qarşısında çıxış edib -VİDEO
Dünya 06:29
Ərdoğan Ankarada tərəfdarları qarşısında çıxış edib -VİDEO
Rusiya  taxıl müqaviləsini uzatmayacağını bildirib
Dünya 16:17
Rusiya taxıl müqaviləsini uzatmayacağını bildirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol