• $
  • £

Şahmat millimiz mübarizəyə başlayır

Şahmat millimiz mübarizəyə başlayır
20.11.2022 11:39
Noyabrın 20-də İsrailin Qüds şəhərində şahmatın rapid növü üzrə komandalar arasında dünya çempionatı start götürür.
 
Yarışda ölkəmizi Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Qədir Hüseynov, Rauf Məmmədov, Aydın Süleymanlı, Vüqar Əsədli təmsil edirlər.
 
Turnirdə ümumilikdə 12 komanda mübarizə aparır. Yığmalar hərəsində altı komanda olmaqla iki qrupa bölünüb. Azərbaycan Hindistan, İsrail, Polşa, ABŞ, Özbəkistanın yer aldığı "B” qrupunda mübarizə aparacaq. "A” qrupunda isə Çin, Fransa, Niderland, CAR, İspaniya, Ukrayna komandaları yer alıblar.
 
Bir dövrəli sistem üzrə keçiriləcək beş turluq mübarizənin sonunda, qrupda ilk dörd yeri tutmuş komandalar yarışın dörddəbir final mərhələsinə vəsiqə qazanacaqlar.
 
Bu gün ilk turda Azərbaycan komandası Özbəkistan millisinə qarşı mübarizə aparacaq.
 
Kişilərdən ibarət Azərbaycan yığması 3 dəfə Avropa çempionu olsa da, indiyədək dünya çempionatında medal qazana bilməyib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın minifutbol millisi Avropa çempionu olub
İdman 23:36
Azərbaycanın minifutbol millisi Avropa çempionu olub
Minifutbol üzrə Azərbaycan millisi Avropa çempionatının finalına vəsiqə qazanıb
İdman 00:05
Minifutbol üzrə Azərbaycan millisi Avropa çempionatının finalına vəsiqə qazanıb
İran yığması DÇ-2026 üçün viza alıb
İdman 21:50
İran yığması DÇ-2026 üçün viza alıb
Azərbaycanın U-17 millisi Qazaxıstanla qarşılaşacaq
İdman 17:24
Azərbaycanın U-17 millisi Qazaxıstanla qarşılaşacaq
Qurbanov “Qarabağ”la bağlı qərar verdi
İdman 17:27
Qurbanov “Qarabağ”la bağlı qərar verdi
"Qarabağ"ın legioneri milliyə çağırıldı
İdman 19:00
"Qarabağ"ın legioneri milliyə çağırıldı
Azərbaycan güləşçiləri Avropa çempionatında 6 medal qazanıblar
İdman 21:59
Azərbaycan güləşçiləri Avropa çempionatında 6 medal qazanıblar
"Qarabağ" Zakira Savonu transfer edib
İdman 19:06
"Qarabağ" Zakira Savonu transfer edib
"Qarabağ" üç futbolçusu ilə yollarını ayırdıb
İdman 17:33
"Qarabağ" üç futbolçusu ilə yollarını ayırdıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol