• $
  • £

Filiz yataqlarına giriş açılana qədər Laçın dəhlizində aksiya keçiriləcək - PREZİDENT

Filiz yataqlarına giriş açılana qədər Laçın dəhlizində aksiya keçiriləcək - PREZİDENT
10.01.2023 21:49
Azərbaycanlı ekoloqların Laçın dəhlizində yolda aksiyası Qarabağda Rusiya sülhməramlılarının məsuliyyəti zonasında yerləşən filiz yataqlarına çıxış açılana qədər davam edəcək. Bunu yanvarın 10-da prezident İlham Əliyev jurnalistlərə müsahibəsində deyib. 


"Bizim ədalətli tələblərimiz var və bu aksiyanın tarixçəsi hamıya məlumdur. Bizə faktiki olaraq bu qanunsuz istismar olunan mədənlərə girməyə icazə verilməyib. Deməli, bizim ora çıxışımız olana qədər bu aksiya yəqin ki, davam edəcək və biz buna nail olacağıq. Azərbaycan tərəfinin tələbləri kifayət qədər ədalətlidir " - prezident bildirib.

Dövlət başçısı vurğulayıb ki, bu hadisələri blokada adlandırmaq "ən azı həyasızlıqdır”.
 
"Bir aydan az müddətdə Rusiya sülhməramlılarının 400-ə yaxın avtomobili yol boyu hərəkət edib. "Təbii ki, orada yaşayan ermənilər üçün ərzaq və digər zəruri vasitələr gətirirlər. Biz etiraz etmirik. Bizim məqsədimiz blokada deyil", - Əliyev söyləyib.
 
O, Ermənistan tərəfinin baş verənlərə reaksiyasını "daha ​​bir antiazərbaycan şousu” adlandırıb.

Dekabrın 12-dən azərbaycanlı ekoloqlar Rusiya sülhməramlılarının yerləşdirildiyi ərazidə etiraz aksiyası keçirir. Bu gün aksiyanın 30-cu günüdür. Aksiya iştirakçıları faydalı yataqların qanunsuz istismarı etiraz edir. Azərbaycanlı ekoloqların etirazına cavab olaraq Xankəndində yaşayan ermənilər bu dövr ərzində iki dəfə aksiya keçirib. Onlar yolun açılmasını tələb edirlər. 
 
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
 
Aksiya başlandığı gündən Azərbaycan və Ermənistana bir çox ölkələr tərəfindən çağırışlar olub. Çağırışlar hər iki ölkəni gərginliyi azaltmağa yönəlib. 
 
Azərbaycan hökuməti "Laçın dəhlizi”nin Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olduğunu vurğulayaraq, Ermənistanın iddialarını təkzib edib.
 
Rəsmi Bakı bildirib ki, Rusiya sülhməramlılarının nəzarətindəki ərazidə keçirilən aksiya siyasi deyil, ekoloji məqsəd daşıyır və Azərbaycan tərəfi həmin ərazilərdə yaşayan erməni əhalisinə istənilən dəstəyi göstərməyə hazırdır. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyhun Bayramov və Əraqçi telefonla danışıb
Siyasət 17:26
Ceyhun Bayramov və Əraqçi telefonla danışıb
İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Siyasət 16:52
İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Parlament Avropa Parlamenti ilə əlaqələri dayandırır
Siyasət 12:07
Parlament Avropa Parlamenti ilə əlaqələri dayandırır
Nurullayev: Avropa Parlamenti Azərbaycana qeyri-obyektiv yanaşır
Siyasət 11:56
Nurullayev: Avropa Parlamenti Azərbaycana qeyri-obyektiv yanaşır
Bu regionda sülhə mənfi təsir göstərir - deputat
Siyasət 11:53
Bu regionda sülhə mənfi təsir göstərir - deputat
Deputat: Avropa İttifaqı bizim əlehimizə 13 qatnamə qəbul edib
Siyasət 11:45
Deputat: Avropa İttifaqı bizim əlehimizə 13 qatnamə qəbul edib
Avropa İttifaqının səfiri XİN-ə çağırıldı- Nota verilib
Siyasət 11:10
Avropa İttifaqının səfiri XİN-ə çağırıldı- Nota verilib
İlham Əliyev Ukraynanın İrpen şəhərinin fəxri vətəndaşı elan edilib
Siyasət 18:30
İlham Əliyev Ukraynanın İrpen şəhərinin fəxri vətəndaşı elan edilib
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
Siyasət 18:11
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol