• $
  • €
  • ₽
  • ₺
  • £

Polşada Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Polşada Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
25.02.2023 20:00
Polşada Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Mərasim Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin və "Arts Council Azerbaijan” QHT-nin dəstəyi ilə keçirilib.

Mərasimdə çıxış edən Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə Azərbaycanın Xocalı şəhərinə xaincəsinə basqın edərək törətdiyi soyqırımından, dinc şəhəri yerlə-yeksan etməsindən danışıb. Bu qırğın nəticəsində şəhərin 613 silahsız sakini, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca qətlə yetirilib, 487 nəfər yaralanıb, 1 275 nəfər girov götürülüb, 150 nəfərin taleyi hələ də məlum deyil. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə onlardan birini itirib. 56 nəfər son dərəcə amansızlıqla qətlə yetirilib.

Həmin gecə baş verənlər insan hüquqlarının pozulması və insanlığa qarşı cinayətdir və bunu "Humans Rights Watch” təşkilatının müstəqil hesabatları da təsdiq edir. Bundan əlavə, Avropa İnsan Haqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında bunu hərbi cinayət və insanlığa qarşı cinayət adlandırıb.

Öz növbəsində, "Arts Council Azerbaijan” ictimai təşkilatının rəhbəri, rəssam Dadaş Məmmədov burada təşkil olunan "Xocalı harayı” sərgisi və onun müəllifi, Xocalı faciəsinə bütöv bir silsilə rəsm əsərləri həsr etmiş Nazim Məmmədov haqqında danışıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol