• $
  • £

Azercell-in dəstəyilə Bakıda 5-ci “SHE Congress”i keçirildi

Azercell-in dəstəyilə Bakıda 5-ci “SHE Congress”i keçirildi
18.05.2023 18:30
Azərbaycanın işgüzar qadınları mayın 17-i "JW Mariott Abşeron Bakı” otelində bir araya gəldi 

Azərbaycanda 5-ci dəfə keçirilən "SHE Congress”i 500-dən çox işgüzar qadını öz ətrafında topladı. Ölkənin lider mobil operatoru "Azercell Telekom” MMC-nin əsas tərəfdaşlığı ilə baş tutan bu tədbir bir-birindən maraqlı çıxışlar, panel müzakirələri, dinamik sessiyalar və seminarlarla yadda qaldı. 

"ÖZ HƏYATINA SAHİB OL” ("OWN YOUR LIFE") şüarı altında keçirilən konfransda qadınların liderlik və peşəkar bacarıqlarının inkişafına yönəlmiş xüsusi proqram təqdim edildi, iştirakçılara ünsiyyət qurmaq və təcrübə mübadiləsi aparmaq üçün unikal imkan yaradıldı. 

Tədbirin əsas tərəfdaşı Azercell şirkəti Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova və Hüquq, Etika və Komplayens departamentinin direktoru Şirin Əliyevanın timsalında təmsil olundu. 

Tədbir çərçivəsində uğur hekayəsini bölüşən Şirin Əliyeva iştirakçıları öz nümunəsi ilə ruhlandırmağa müvəffəq oldu. 19 illik karyerası boyu Şirin xanım qadınların inkişafı üçün dövlətin yaratdığı münbit şəraiti və dəstəyi daima hiss etdiyini bildirdi. O, bu gün Azərbaycanda  qadınların ölkənin siyasi, iqtisadi, sosial və mədəni həyatında fəal iştirakı üçün bir çox imkanlar təqdim edildiyini  öz çıxışında vurğuladı.

Azercell-in Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasovanın da çıxışı tədbir iştirakçılarının diqqətini xüsusi cəlb etdi. Öncə Azercell-in sosial məsuliyyətli korporativ vətəndaş olaraq bu istiqamətdə həyata keçirdiyi çoxsaylı proqramlar haqqında məlumat verən Sona xanım, daha sonra səhnəyə Azercell-in təşəbbüsü və dəstəyi ilə yaradılan "Qadın Qaynar Xətti”nin  rəhbəri Gülşən Axundovanı dəvət etdi. Panel müzakirəsi formatında davam edən sessiyada qaynar xəttin fəaliyyəti, xidmətə daxil olan zənglərin təsnifatı, qadınların cəmiyyətdə qarşılaşdığı çağırış  və çətinliklər  haqqında ətraflı məlumat təqdim edildi. Məruzəçilər dəstəyə ehtiyacı olan bütün qadınlara səslənərək onları 116111 qısa nömrəsi vasitəsilə fasiləsiz rejimdə xidmət göstərən mərkəz ilə əlaqə saxlamağa çağırdılar.

Faliyyəti boyu Korporativ Sosial Məsuliyyət layihələrinə 22 milyon ABŞ dollarından artıq vəsait ayıran Azercell, qadın hüquqlarının müdafiəsi, qadınların hərtərəfli inkişafı istiqamətlərini daima diqqət mərkəzində saxlayır, onları gücləndirən, eləcə də təhsilini, müxtəlif sahələr üzrə bilik və  bacarıqlarını, karyera imkanlarını artıran çoxsaylı proqramlar həyata keçirir.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Brent" markalı neftin qiyməti 88 dolları ötüb
İqtisadiyyat 22:47
"Brent" markalı neftin qiyməti 88 dolları ötüb
“Azərenerji”nin xalis mənfəəti 2025-ci ildə 128 milyon manatı ötüb
İqtisadiyyat 14:49
“Azərenerji”nin xalis mənfəəti 2025-ci ildə 128 milyon manatı ötüb
"Azərenerji"nin xalis mənfəəti 2025-ci ildə 26% azalıb
İqtisadiyyat 14:44
"Azərenerji"nin xalis mənfəəti 2025-ci ildə 26% azalıb
“Euromoney” ABB-niyenidən “İlin ən yaxşı bankı” seçdi!
İqtisadiyyat 12:46
“Euromoney” ABB-niyenidən “İlin ən yaxşı bankı” seçdi!
Yelo Bank-dan sahibkarlara 300 000 AZN-dək onlayn və girovsuz kredit!
İqtisadiyyat 12:42
Yelo Bank-dan sahibkarlara 300 000 AZN-dək onlayn və girovsuz kredit!
Euromoneynəşri Bank RespublikanıAzərbaycanın ən yaxşı kiçik vəorta sahibkarlıq bankıelan etdi
İqtisadiyyat 12:38
Euromoneynəşri Bank RespublikanıAzərbaycanın ən yaxşı kiçik vəorta sahibkarlıq bankıelan etdi
Qazaxıstan buğda idxalına altı aylıq qismən qadağa tətbiq edəcək
İqtisadiyyat 12:15
Qazaxıstan buğda idxalına altı aylıq qismən qadağa tətbiq edəcək

Əmtəə bazarlarında 4 000 dollardan aşağı enib
İqtisadiyyat 09:45
Əmtəə bazarlarında 4 000 dollardan aşağı enib

“Brent” neftinin qiyməti 85 dolları ötüb
İqtisadiyyat 09:08
“Brent” neftinin qiyməti 85 dolları ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol