• $
  • £

Nazir Rusiya səfirini diplomatik fəaliyyətinin bitməsi münasibətilə qəbul edib

Nazir Rusiya səfirini diplomatik fəaliyyətinin bitməsi münasibətilə qəbul edib
08.06.2023 19:15
8 iyun 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu ölkəmizdəki diplomatik fəaliyyətinin bitməsi münasibətilə qəbul edib.

XİN-dən  verilən xəbərə görə, görüş zamanı, tərəflər Azərbaycan və Rusiya Federasiyası arasında səmərəli əməkdaşlığı və onların inkişaf perspektivlərini məmnunluqla vurğulayıblar. Müttəfiqlik qarşılıqlı fəaliyyət səviyyəsinə yüksələn münasibətlərin dinamik şəkildə inkişaf etdiyi diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov səfir Mixail Boçarnikova fəaliyyəti dövründə Azərbaycan-Rusiya münasibətlərinin inkişafına verdiyi töhfəyə, peşəkar fəaliyyətə və meydana gələn məsələlərin effektiv həllinə göstərdiyi dəstəyə görə dərin minnətdarlığını bildirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səfir Mixail Boçarnikov öz növbəsində Azərbaycandakı fəaliyyəti dövründə ona göstərilmiş dostluq və əməkdaşlıq münasibətlərinə görə öz minnətdarlığını bildirib.
Görüş zamanı həmçinin ikitərəfli münasibətlərlə bağlı qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan QHT-ləri Ermənistana gedən Avropa liderlərinə açıq məktub yazıb
Siyasət 22:18
Azərbaycan QHT-ləri Ermənistana gedən Avropa liderlərinə açıq məktub yazıb
Ceyhun Bayramov və Əraqçi telefonla danışıb
Siyasət 17:26
Ceyhun Bayramov və Əraqçi telefonla danışıb
İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Siyasət 16:52
İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Parlament Avropa Parlamenti ilə əlaqələri dayandırır
Siyasət 12:07
Parlament Avropa Parlamenti ilə əlaqələri dayandırır
Nurullayev: Avropa Parlamenti Azərbaycana qeyri-obyektiv yanaşır
Siyasət 11:56
Nurullayev: Avropa Parlamenti Azərbaycana qeyri-obyektiv yanaşır
Bu regionda sülhə mənfi təsir göstərir - deputat
Siyasət 11:53
Bu regionda sülhə mənfi təsir göstərir - deputat
Deputat: Avropa İttifaqı bizim əlehimizə 13 qatnamə qəbul edib
Siyasət 11:45
Deputat: Avropa İttifaqı bizim əlehimizə 13 qatnamə qəbul edib
Avropa İttifaqının səfiri XİN-ə çağırıldı- Nota verilib
Siyasət 11:10
Avropa İttifaqının səfiri XİN-ə çağırıldı- Nota verilib
İlham Əliyev Ukraynanın İrpen şəhərinin fəxri vətəndaşı elan edilib
Siyasət 18:30
İlham Əliyev Ukraynanın İrpen şəhərinin fəxri vətəndaşı elan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol