• $
  • £

Hikmət Hacıyev Ağdam-Xankəndi yoluna gedib - VİDEO

Hikmət Hacıyev Ağdam-Xankəndi yoluna gedib - VİDEO
31.08.2023 11:53
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ağdam-Xankəndi yolundan paylaşıb edib. Bu barədə Hacıyev "X" platformasında video paylaşıb. 
 
"Ağdam-Xankəndi yolunun girişindəyik. Diplomatik korpus və beynəlxalq jurnalistlər qrupu yolun funksionallığı və Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən gətirilən undan ibarət iki maşın ərzaq yükü ilə tanış olacaqlar”, - Hikmət Hacıyev yazıb. 
 
Hacıyev jurnalistlərə açıqlamasıda bildirib ki, Azərbaycan ərazisində hər hansı boz zona olmayacaq. 
 
"Bəzi erməni lobbisinin tərəfdarları Azərbaycana tərəf gəliblər. Onların bu addımlarının heç bir nəticəsi olmayacaq. Bu sadəcə şou xarakterlidir. Real məsələləri yerində həll etmək lazımdır", - Prezidentin köməkçisi açıqlamasında vurğulayıb. 
 
Avqustun 29-da Hacıyev açıqlayıb ki, Ağdam-Xankəndi yolu açılandan sonra Laçın-Xankəndi yolu da açıla bilər. 
 
Azərbaycan avqustun 29-da Ağdam yolu vasitəsilə Qarabağda yaşayan ermənilərə humanitar yardım göndərib. Hələlik qarşı tərəf yardımı qəbul etməkdən imtina edir. Bununla yanaşı, avqustun 30-da Fransa Qarabağda yaşayan ermənilərə 10 yük maşını yardım göndərib.Laçın Azərbaycan tərəfi "yardım"ın keçirilməsinə icazə verməyib. 
 
Bundan əvvəl, Ermənistan Azərbaycanın icazə olmadan Laçın yolu vasitəsilə Xankəndində yaşayan ermənilərə 400 tonluq "humanitar yardım"ın aparılmasına cəhd edib. Azərbaycan tərəfi bildirib ki, Ermənistanla Ağdam yolunun istifadəsinə dair razılıq əldə olunub. Ermənistan istənilər yardımı Ağdam yolundan istifadə etməklə çatdıra bilər. 
 
Gülnar 
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan QHT-ləri Ermənistana gedən Avropa liderlərinə açıq məktub yazıb
Siyasət 22:18
Azərbaycan QHT-ləri Ermənistana gedən Avropa liderlərinə açıq məktub yazıb
Ceyhun Bayramov və Əraqçi telefonla danışıb
Siyasət 17:26
Ceyhun Bayramov və Əraqçi telefonla danışıb
İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Siyasət 16:52
İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Parlament Avropa Parlamenti ilə əlaqələri dayandırır
Siyasət 12:07
Parlament Avropa Parlamenti ilə əlaqələri dayandırır
Nurullayev: Avropa Parlamenti Azərbaycana qeyri-obyektiv yanaşır
Siyasət 11:56
Nurullayev: Avropa Parlamenti Azərbaycana qeyri-obyektiv yanaşır
Bu regionda sülhə mənfi təsir göstərir - deputat
Siyasət 11:53
Bu regionda sülhə mənfi təsir göstərir - deputat
Deputat: Avropa İttifaqı bizim əlehimizə 13 qatnamə qəbul edib
Siyasət 11:45
Deputat: Avropa İttifaqı bizim əlehimizə 13 qatnamə qəbul edib
Avropa İttifaqının səfiri XİN-ə çağırıldı- Nota verilib
Siyasət 11:10
Avropa İttifaqının səfiri XİN-ə çağırıldı- Nota verilib
İlham Əliyev Ukraynanın İrpen şəhərinin fəxri vətəndaşı elan edilib
Siyasət 18:30
İlham Əliyev Ukraynanın İrpen şəhərinin fəxri vətəndaşı elan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol