• $
  • €
  • ₽
  • ₺
  • £

Ən qısa zamanda Azərbaycanla sülh müqaviləsini bağlayın - Ərdoğan

Ən qısa zamanda Azərbaycanla sülh müqaviləsini bağlayın - Ərdoğan
20.11.2023 22:34
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistana ən qısa zamanda Azərbaycanla sülh bağlamağı təklif edib.

"Bir daha Ermənistanı azərbaycanlı qardaşlarımızın ona uzatdığı dostluq əlini tutmağa çağırıram”, - Türkiyə lideri sədrliyi ilə keçirilən hökumət iclasından sonra xalqa müraciətində deyib. 

Ərdoğan bildirib ki, Qarabağ münaqişəsinin həlli Qərbdəki müəyyən qüvvələri narahat edib.

 "Ermənistan xalqı və onun rəhbərliyi təhlükəsizliyi regiondan minlərlə kilometr uzaqlıqda deyil, sülh və əməkdaşlıqda axtarmalıdır. Qərb ölkələrinin göndərdiyi heç bir silah və sursat sabit sülh və təhlükəsizlik mühitini təmin edə bilməz", - Ərdoğan bunların  deyib. 

Noyabrın 20-də Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Bakı iki aydan çoxdur ki, Ermənistanın sülh müqaviləsi ilə bağlı təkliflərə cavabını gözləyir.  

Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında üçtərəfli bəyanata əsasən dayandırılıb.

Sentyabrın 28-də Qarabağın separatçı rəhbəri Samvel Şahramanyan 2024-cü il yanvarın 1-dən qondarma rejimin ləğv olunması ilə bağlı qərar qəbul edib. 

Oktyabrın 14-də Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial hesabında yazıb ki, Ermənistan sülh sazişi ilə bağlı sənədin variantını iki aydan artıqdır ki gecikdirir.
 
Oktyabrın 26-da Nikol Paşinyan mətbuata açıqlamasında vurğuayıb ki, yaxın aylarda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalana bilər.
 
Oktyabrın 25-də Avropa İttifaqının rəsmisi ayın sonunda Brüsseldə Azərbaycanla Ermənistanın liderlərinin keçiriləcəyi görüşün təxirə düşdüyünü açıqlayıb. 
 
Oktyabrın 10-da Prezident İlham Əliyev Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, Ermənistanın Azərbaycanla sülh müqaviləsi bağlaması üçün tarixi şərait yaranıb. 


Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Dünya 00:01
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
Dünya 23:04
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
Dünya 21:45
BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Dünya 18:54
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
Qazaxıstanda matəm elan edilib
Dünya 18:30
Qazaxıstanda matəm elan edilib
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Siyasət 14:30
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Qazaxıstanın Xəzərdəki hərbi təlimində 9 hərbçi həlak olub
Dünya 13:30
Qazaxıstanın Xəzərdəki hərbi təlimində 9 hərbçi həlak olub
Tramp Si Cinpini Vaşinqtonda qarşılayıb
Dünya 09:27
Tramp Si Cinpini Vaşinqtonda qarşılayıb
İsrailin ABŞ-dəki səfirinin oğlu hücum zamanı xəsarət alıb
Dünya 23:46
İsrailin ABŞ-dəki səfirinin oğlu hücum zamanı xəsarət alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol