• $
  • £

Milli Məclis Simonyanın son açıqlamasına münasibət bildirib

Milli Məclis Simonyanın son açıqlamasına münasibət bildirib
28.11.2023 18:19

Azərbaycan Respublikası Milli Məclisinin Ermənistan parlamentinin spikeri Alen Simonyanın 2023-cü il 28 noyabr tarixli açıqlamasına münasibət bildirib.

Bu barədə Milli Məclisdən məlumat verilib.

Ermənistan parlamentinin spikeri Alen Simonyan noyabrın 28-də jurnalistlərə açıqlamasında növbəti dəfə regionda mövcud olan reallıqları təhrif edərək, həqiqətdən uzaq fikirlər səsləndirmişdir. Ermənistan parlamenti spikerinin bu müsahibəsi Ermənistan rəhbərliyinin "absurd iddialar” növbəsinə dayandığını aşkar şəkildə göstərməklə yanaşı, xarici havadarlarının gözünə girmək uğrunda yarışdığına da dəlalət edir. Son səsləndirilən fikirlərə başqa cür izahat vermək mümkün deyil.

Simonyan Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 30 illik işğalı faktını yaddaşlardan silmək və Ermənistan tarixinin bu qara ləkəsini beynəlxalq ictimaiyyətin gündəmindən çıxarmaq "arzusu”nu gələcəyə baxış adı altında pərdələməyə çalışır.

Yaxşı olardı ki, Simonyan Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlının öz doğma torpaqlarından qaçqın və məcburi köçkün düşməsinə, Xocalı soyqırımının törədilməsinə, işğal dövründə 9 şəhər və yüzlərlə kəndin darmadağın edilməsinə görə üzr istəyərək, gələcək haqda danışmağa başlasın. Təəssüf ki, bu baş verməyəcək.

İşğal olunmuş torpaqlarda və Ermənistan ərazisində azərbaycanlılara məxsus yüzlərlə tarixi, mədəni və dini abidələri yerlə-yeksan edən, abidələrin və yaşayış yerlərinin adlarını dəyişərək, saxta tarix yazan monoetnik Ermənistanın parlamentinin spikerinin müxtəlif etnik qrupların mehriban və dinc şəkildə birgə yaşadığı, tarixi və mədəni irsinin dövlət səviyyəsində mühafizə edildiyi Azərbaycanı öz arşını ilə ölçməsi, əslində onun həqiqi simasını ifşa edir.

Simonyanın Qazax rayonunun 7 kəndinin və Kərkinin hələ də Ermənistanın işğalı altında qalmasına primitiv düşüncə tərzi ilə hüquqi don geyindirməyə çalışması, əksinə, Azərbaycanı işğalda ittiham etməsi isə xəstə təfəkkürün təzahüründən başqa bir şey deyil.
Vurğulanıb ki, Ermənistan rəhbərliyinin "Azərbaycanın müharibəyə hazırlaşması”, "sülh danışıqlarından imtina etməsi” kimi beynəlxalq ictimaiyyəti aldatmağa yönəlik yalanları təkrarlamağa nə dərəcədə alışdığı artıq bir faktdır. Simonyana bir daha xatırlatmaq istərdik ki, məhz Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra beynəlxalq hüququn prinsipləri əsasında Ermənistanla sülh müqaviləsinin imzalanması təşəbbüsü ilə çıxış edib. Ötən 3 il ərzində Ermənistan öz siyasi və hərbi təxribatları ilə sülh prosesini əngəlləməyə çalışıb. Hazırda regionda uzunmüddətli sülhün bərqərar olması üçün tarixi şans yaranıb. Azərbaycan hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin tanınması əsasında Ermənistanla sülhə hazır olduğunu dəfələrlə bəyan edib. Belə bir məqamda isə Ermənistan sülh müqaviləsinin mətni üzrə Azərbaycanın təkliflərinə cavabını uzun müddət gecikdirməklə, danışıqlar prosesini uzatmağa çalışır.
"Bir daha qeyd edirik ki, Azərbaycan regionda davamlı sülhün tərəfdarıdır və Ermənistanla münasibətlərin normallaşdırılmasını, sülh müqaviləsinin imzalanmasını dəstəkləyir. Biz inanırıq ki, sülh müqaviləsinin imzalanması üçün hazırda geniş imkanlar vardır. Ona görə də, Ermənistan tərəfini bu cür təxribatçı və həqiqətdən uzaq bəyanatlar səsləndirməkdən çəkinməyə və sülhə töhfə verməyə çağırırıq”, - deyə açıqlamada qeyd edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat torpaq analizlərinin qiymətinin kiçik fermerlər üçün azaldılmasını istəyib
Siyasət 12:06
Deputat torpaq analizlərinin qiymətinin kiçik fermerlər üçün azaldılmasını istəyib

Azərbaycan XİN Çilini Müstəqillik Günü münasibətilə təbrik edib
Siyasət 10:40
Azərbaycan XİN Çilini Müstəqillik Günü münasibətilə təbrik edib
DTX terror və sui-qəsd cəhdinin qarşısını alıb
Siyasət 10:25
DTX terror və sui-qəsd cəhdinin qarşısını alıb
Prezidentin sosial şəbəkə hesablarında Şamaxıya səfəri ilə bağlı paylaşım olunub
Siyasət 21:46
Prezidentin sosial şəbəkə hesablarında Şamaxıya səfəri ilə bağlı paylaşım olunub
Azərbaycan və Estoniya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib
Siyasət 20:06
Azərbaycan və Estoniya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib
Siyasət 19:30
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib
Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir
Siyasət 17:24
Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir
Prezident Famil Mustafayevlə bağlı sərəncam imzalayıb
Siyasət 16:02
Prezident Famil Mustafayevlə bağlı sərəncam imzalayıb
Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər
Siyasət 12:56
Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol