• $
  • £

Trampa atəş açan şəxsin avtomobilindən partlayıcı qurğu tapılıb - Yenilənib

Trampa atəş açan şəxsin avtomobilindən partlayıcı qurğu tapılıb - Yenilənib
14.07.2024 20:14
ABŞ hüquq-mühafizə orqanları Ağ Evin keçmiş rəhbəri Donald Trampa qarşı mitinq zamanı atəş açan şübhəli şəxsin avtomobilində partlayıcı qurğu aşkarlayıb.Bu barədə "The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.

Avtomobil Trampın keçirdiyi mitinqin yaxınlığında saxlanılıb.

 10:45

ABŞ-nin eks-prezidenti Donald Tramp Pensilvaniyada baş verən sui-qəsd cəhdindən sonra ilk dəfə Nyu Cersidə ictimaiyyət qarşısına çıxıb.Sabiq prezidentin görüntülərini "The New York Post” nəşri yayıb.
 
Məlumata görə, görüntülərdə Trampın təyyarədən sərbəst enişi və kənardan onu izləyən insanlara əl yellədiyi görünür.

Eyni zamanda kadrlarda onu silahlı məxfi xidmət əməkdaşlarının müşayiət etdiyi əks olunub.

 
 ***
 
ABŞ-nin eks-prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdini həyata keçirən şəxsin kimliyi bəlli olub.

"New York Post"-un məlumatına görə,sui- qəsdi həyata keçirən 20 yaşlı Metyu Kruksdur.

Kruks Trampa yüz metr aralıdakı zavodun damından atəş açıb. Lakin uğursuz sui-qəsdçi ABŞ Məxfi Xidmətinin snayperi tərəfindən öldürülüb, cəsədinin yanında isə AR-15 tüfəngi aşkarlanıb.

 ***

Donald Tramp sui-qəsd cəhdindən sonra ilk dəfə açıqlama verib.Bu barədə o, "Truth" sosial şəbəkəsində paylaşım edib.

Siyasətçi atışmaya operativ reaksiya verdiyinə görə ABŞ Məxfi Xidmətinə və hüquq-mühafizə orqanlarına təşəkkür edib, həmçinin mitinqdə həlak olanların ailələrinə başsağlığı verib.

"Zərərsizləşdirilən nişançı haqqında heç nə bəlli deyil. Güllə qulağımın yuxarı hissəsini deşib. Atəş səsi eşitdim və güllənin dərimi deşməsini hiss etdim. Qanaxma başladı və nə baş verdiyini anladım", - o qeyd edib.

 ***
 
ABŞ prezidentliyinə namizəd Donald Trampın mitinqi zamanı atəş açılıb.

Xarici mətbuat xəbər verir ki, hadisə eks-prezidentin Pensilvaniyada keçirilən çıxışı zamanı baş verib. Görüntülərdə atəş səslərinin eşidildiyi, Trampın qulağından zədələndiyi əks olunub.Qısa müddət sonra eks-prezident kürsüdən uzaqlaşdırılıb.

Hadisədə qulağından yüngül yaralanan 76 yaşlı siyasətçi xəstəxanaya yerləşdirilib, onun həyati təhlükəsi yoxdur.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran və Fars körfəzi ölkələrinin Oman görüşü təxirə salınıb
Dünya 00:15
İran və Fars körfəzi ölkələrinin Oman görüşü təxirə salınıb
Göyərtəsində ABŞ konqresmeninin olduğu təyyarə gölə qəza enişi edib
Dünya 23:03
Göyərtəsində ABŞ konqresmeninin olduğu təyyarə gölə qəza enişi edib
Əhməd Əl Şaraa Hakan Fidanı qəbul edib
Dünya 20:30
Əhməd Əl Şaraa Hakan Fidanı qəbul edib
Tramp: ABŞ və İran arasındakı münaqişə Konqresə seçkilərdən sonra başa çatacaq
Dünya 19:03
Tramp: ABŞ və İran arasındakı münaqişə Konqresə seçkilərdən sonra başa çatacaq
Brüssel səmasında PUA-lar qeydə alınıb
Dünya 16:55
Brüssel səmasında PUA-lar qeydə alınıb
Зеленый коридор Армении и Ирана
Dünya 16:22
Зеленый коридор Армении и Ирана
Hakan Fidan Suriyaya səfər edib
Dünya 14:37
Hakan Fidan Suriyaya səfər edib
“Starlink” peyklərinin sayı 11,1 mini keçib
Dünya 14:26
“Starlink” peyklərinin sayı 11,1 mini keçib
İsveçdə parlament seçkiləri keçirilir
Dünya 11:59
İsveçdə parlament seçkiləri keçirilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol