• $
  • £

Bakı metrosunda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək

Bakı metrosunda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək
26.11.2024 15:22
"Bakı Metropoliteni" QSC-nin "Həzi Aslanov” stansiyasında qatarların hərəkət qrafiki dəyişdiriləcək. Bu barədə səhmdar cəmiyyət məlumat yayıb. 


Məlumata görə, stansiyada qatarların dönmə kamerasının əsaslı təmiri və yenidən qurulması ilə əlaqədar noyabrın 30-dan Yaşıl və Qırmızı xətlərdə qatarların hərəkət qrafikinə dəyişiklik ediləcək. Təmir müddətində xətlərdə hərəkətin təşkili, eləcə də "Həzi Aslanov” stansiyasının sərnişindaşıma fəaliyyətinin tənzimlənməsi məqsədilə digər texniki məsələlərlə bağlı bir sıra tədbirlər həyata keçirilib. Qatarlar Qırmızı xətt üzrə ("İçərişəhər” stansiyasından) və Yaşıl xətt üzrə ("Dərnəgül” stansiyasından) "Əhmədli” stansiyasına qədər hərəkət edəcək.


İş günlərində qatarların hərəkəti ilə bağlı texniki cəhətdən mümkün ən sıx hərəkət qrafiki qüvvədə qalacaq. Gur saatlarda (07:00-10:00 və 17:30-19:30) "28 May-Əhmədli” sahəsində qatarların hərəkəti 2 dəqiqəlik intervalla tənzimlənəcək. Həmin sahədə qatarların hərəkət intervalı şənbə günləri səhər 7:00-dan 21:00-a qədər 2,5 dəqiqə, bazar günləri isə eyni vaxtda 3 dəqiqəyə bərabər olacaq.


"Bakmil” istiqamətində hərəkət edən qatarların hərəkət cədvəli də noyabr ayının 30-dan dəyişdiriləcək. Qatarların bu stansiyaya və əksinə hərəkət cədvəli noyabr ayının 29-da "Bakı Metropoliteni” QSC-nin rəsmi "metro.gov.az” internet saytının müvafiq bölməsində yerləşdiriləcək.


"Həzi Aslanov” stansiyası istiqamətində hərəkət edən sərnişinlərin maraqları nəzərə alınaraq, dönmə kamerasında əsaslı təmir işləri başa çatana qədər stansiyanın sərnişindaşıma fəaliyyəti dayandırılmayacaq. Lakin bu stansiyadan qatarların hərəkəti yalnız "Əhmədli” stansiyasına və geri olmaqla təşkil olunacaq. "Əhmədli” və "Həzi Aslanov” stansiyalarından qatarların hərəkət intervalı 10 dəqiqə olmaqla təşkil ediləcək.


"Əhmədli-Həzi Aslanov” stansiyalarından qatarların hərəkət cədvəli "Bakı Metropoliteni” QSC-nin rəsmi "metro.gov.az” internet saytının "Sərnişinlər” bölməsinin "Qatarların hərəkət cədvəli” yarımbölməsində yerləşdiriləcək.


Yaşıl xəttin "Xətai-Cəfər Cabbarlı” mənzili və Bənövşəyi xətdə qatarların hərəkət qrafikinə dəyişiklik edilməyəcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
Siyasət 14:33
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
Pakistan XİN Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
Siyasət 12:05
Pakistan XİN Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
Ceyhun Bayramov ABŞ-yə səfər edib
Siyasət 10:36
Ceyhun Bayramov ABŞ-yə səfər edib
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb
Siyasət 08:40
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb
Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Siyasət 08:30
Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib
Siyasət 18:11
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib
XİN Kitts və Nevis xalqını Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:30
XİN Kitts və Nevis xalqını Milli Günü münasibətilə təbrik edib
Paşinyan Cənubi Qafqazda sülhə töhfəsinə görə Əliyevə təşəkkür edib
Siyasət 19:09
Paşinyan Cənubi Qafqazda sülhə töhfəsinə görə Əliyevə təşəkkür edib
Azərbaycanda 3 ölkənin birgə hərbi təlimi keçiriləcək
Siyasət 17:51
Azərbaycanda 3 ölkənin birgə hərbi təlimi keçiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol