Astarada qatar piyadanı vurub
Astarada qatar piyadanı vurub.
APA-nın məlumatına görə, hadisə Qamışoba kəndində, dəmir yolu stansiyasına yaxın ərazidə baş verib.
Astara rayonun Şahağacı kənd sakini 1990-cı il təvəllüdlü Məhərrəm Ağaboli oğlu Quliyev dəmir yolu xətti keçidində qatarın qarşısına çıxıb və qatar onu vurub.
Ayaqlarından ağır travma alan piyada Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyata alınıb.
www.anews.az