• $
  • €
  • ₽
  • ₺
  • £

Fevralın 1-dən suyun və işığın qiyməti qalxır - İddia

Fevralın 1-dən suyun və işığın qiyməti qalxır - İddia
29.05.2020 04:58
Fevralın 1-dən etibarən Azərbaycanda içməli suyun istehlakı və çirkab sularının axıdılmasına görə yeni tariflər elan olunacaq. Bu barədə etibarlı mənbədən "Musavat.com"a daxil olan məlumata görə, hazırda “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin tariflərlə bağlı Tarif Şurasına ünvanladığı təkliflərə baxılır. Mənbənin bildirdiyinə görə, içməli su və çirkab sularına görə tariflərin dəyişdirilməsi mütləqdir. Hazırda istehlakçılar suyun 1 kubmetrinə görə 30 qəpik, çirkab sularına görə 6 qəpik (cəmi 36 qəpik) ödəyir. Tarif Şurasının bu məbləği 50 qəpiyədək qaldıracağı gözlənilir. “Azərsu” rəsmiləri yanacağın bahalaşmasından sonra bütün digər sahələrdə bahalaşmanın müşahidə olunduğunu və bu mənada suyun köhnə qiymətlərlə verilməsi şəraitində bir sıra layihələrin icrasının mümkünsüz olduğunu bildiriblər. Məlumatlı mənbə paytaxtın içməli su ilə fasiləsiz təminatı ilə bağlı layihənin başa çatdırılmasındakı gecikmənin də əsas arqumentlərdən biri olduğunu vurğuladı. Başqa bir informasiyaya görə, paralel olaraq “Azərenerji”nin də Tarif Şurasına müraciəti var və suyun sərfiyyatına görə yeni tariflərin müəyyənləşdirilməsi ilə eyni vaxtda elektrik enerjisinin qiymətində də bahalaşma gözlənilir.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
İqtisadiyyat 12:00
PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
Нефть Brent и WTI подешевела на мировых биржах
İqtisadiyyat 11:20
Нефть Brent и WTI подешевела на мировых биржах
“Azeri Light” neftinin qiyməti 4,1% ucuzlaşıb
İqtisadiyyat 11:02
“Azeri Light” neftinin qiyməti 4,1% ucuzlaşıb
Banklar Assosiasiyası problemli kreditlərlə bağlı təşəbbüslər qaldırıb
İqtisadiyyat 10:38
Banklar Assosiasiyası problemli kreditlərlə bağlı təşəbbüslər qaldırıb
Azərbaycanın bank sektorunun məcmu kapitalı 7,2 milyard manata çatıb
İqtisadiyyat 10:21
Azərbaycanın bank sektorunun məcmu kapitalı 7,2 milyard manata çatıb
Цены на золото и серебро на бирже COMEX вновь выросли
İqtisadiyyat 10:00
Цены на золото и серебро на бирже COMEX вновь выросли
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:06
Avro və rubl bahalaşıb - məzənnə
Bank Respublika 2026-cı ilinüçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
İqtisadiyyat 15:19
Bank Respublika 2026-cı ilinüçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
Birbank Invest vasitəsilə “EmbaFinans ”BOKT istiqrazlarına investisiya etmək imkanı
İqtisadiyyat 14:45
Birbank Invest vasitəsilə “EmbaFinans ”BOKT istiqrazlarına investisiya etmək imkanı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol