• $
  • €
  • ₽
  • ₺
  • £

Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 1 600-ü keçib - Yenilənib

Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 1 600-ü keçib - Yenilənib
29.03.2025 18:30

Myanmada baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 1 644-ə çatıb, 3 400-dən çox yaralı var.Bu barədə "Xinxua" agentliyi Myanma Dövlət İnzibati Şurasının mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki, təbii fəlakət nəticəsində 139 nəfər itkin düşüb.

09:37

Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1000-i ötüb.Bu barədə Çin Mərkəzi Televiziyası Myanma KİV-lərinə istinadən məlumat yayıb. 

***

Myanmada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı kəskin artıb.Bu barədə “Agence France-Presse” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, yeraltı təkanlar 694 nəfərin həyatına son qoyub, 1 670 şəxs zəlzələ nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Martın 28-də qeydə alınan güclü təkanlar demək olar ki, bütün ölkə ərazisində dağıntılara səbəb olub. Hadisə şahidlərinin sözlərinə görə, bir çox yaşayış binaları, inzibati binalar və xəstəxanalar uçub.

***

Myanmada baş verən güclü nəticəsində 144 nəfər ölüb, 700 şəxs yaralanıb.Bu barədə “Kyodo” agentliyinə istinadən xəbər verir.

Vurğulanıb ki, meyitlərin çoxu tikilən 34 mərtəbəli binanın dağıntıları altından çıxarılıb.

Ehtimal edilir ki, bina çökən zaman tikinti ərazisində 300-dən çox işçi olub.

Myanmada öncə 7,7, 12 dəqiqə sonra 7,9 maqnitudalı zəlzələ baş verib. Zəlzələ nəticəsində bəzi evlər, həmçinin Saqayn və Mandalay şəhərlərini birləşdirən körpünün bir hissəsi uçub.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol