• $
  • €
  • ₽
  • ₺
  • £

Portuqaliya gələn həftə Fələstini rəsmi olaraq tanıya bilər

Portuqaliya gələn həftə Fələstini rəsmi olaraq tanıya bilər
15.09.2025 23:32

Portuqaliyanın xarici işlər naziri Paulo Rangel Fələstin Dövlətinin rəsmi tanınması ilə bağlı gələn həftə bəzi yeniliklərin olacağını bildirib.

Rangel bu haqda Londonda Böyük Britaniyanın xarici işlər naziri İvet Kuperlə görüşündən sonra mətbuata açıqlama verib.

“Hələ ki, Fələstin Dövlətinin tanınması üçün heç bir maneə olmayıb. Proses davam edir və gələn həftə yeniliklər olacaq”, – Rangel bildirib.

O, əlavə edib ki, Portuqaliya parlamentindəki siyasi qruplarla görüşlərini başa vurub, lakin baş nazir Luis Monteneqro və prezident Marselo Rebelo de Sousa ilə daha bir görüş keçirəcək.

Rangel onu da qeyd edib ki, Portuqaliya İsrailin Qətərdə hücumunu pisləyən qətnaməni BMT Baş Assambleyasında təqdim edəcək.

Fələstin Dövləti 1988-ci il noyabrın 15-də müstəqilliyini elan etdiyi gündən BMT-yə üzv olan 193 ölkədən 147-si tərəfindən tanınıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçiriləcək
Dünya 08:56
Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçiriləcək
Yaponiya sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib
Dünya 08:51
Yaponiya sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib
Folker Türk husilərin əsirliyində olan BMT əməkdaşının öldüyünü açıqlayıb
Dünya 23:47
Folker Türk husilərin əsirliyində olan BMT əməkdaşının öldüyünü açıqlayıb
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
Dünya 23:15
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
İstanbul Fond Birjasının rəhbəri saxlanılıb
Dünya 22:29
İstanbul Fond Birjasının rəhbəri saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol