• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ 100-ə yaxın iranlını deportasiya edib

ABŞ 100-ə yaxın iranlını deportasiya edib
30.09.2025 11:05

ABŞ administrasiyası ötən gün təxminən 100 iranlını ölkədən deportasiya edib. Bu barədə “The New York Times“ məlumat yayıb.

Məlumata görə, deportasiya edilənlər arasında sığınacaq verilməsindən imtina olunmuş kişilər, qadınlar və cütlüklər olub.

Onların bir qismi həbs olunduqdan sonra könüllü deportasiyanı qəbul edib. Luizianadan havaya qalxan xüsusi təyyarə Qətər üzərindən İrana yola salınıb. Bu, son illərdə iranlıların ən böyük kütləvi deportasiyası kimi qiymətləndirilir.

Qeyd edilib ki, Vaşinqton uzun müddətdir diplomatik əlaqələrin olmaması və sənədləşmə problemləri səbəbindən İrana deportasiyadan yayınıb. Lakin bu dəfə deportasiya ABŞ və İran arasında pərdəarxası aparılan danışıqlar nəticəsində mümkün olub.

İran Xarici İşlər Nazirliyi isə bu şəxslərin geri qaytarılmasını koordinasiya etdiyini açıqlayıb. İran rəsmiləri hadisəni nadir əməkdaşlıq nümunəsi kimi dəyərləndiriblər. Jurnalistlər isə deportasiya olunanların doğma ölkələrində üzləşə biləcəkləri potensial risklərə baxmayaraq, əməliyyatın həyata keçirildiyini vurğulayırlar.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçiriləcək
Dünya 08:56
Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçiriləcək
Yaponiya sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib
Dünya 08:51
Yaponiya sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib
Folker Türk husilərin əsirliyində olan BMT əməkdaşının öldüyünü açıqlayıb
Dünya 23:47
Folker Türk husilərin əsirliyində olan BMT əməkdaşının öldüyünü açıqlayıb
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
Dünya 23:15
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
İstanbul Fond Birjasının rəhbəri saxlanılıb
Dünya 22:29
İstanbul Fond Birjasının rəhbəri saxlanılıb
SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşüb
Dünya 22:01
SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol