• $
  • €
  • ₽
  • ₺
  • £

BMT Təhlükəsizlik Şurasına sədrlik Rusiyaya keçib

BMT Təhlükəsizlik Şurasına sədrlik Rusiyaya keçib
01.10.2025 22:21

BMT Təhlükəsizlik Şurasına (TŞ) sədrlik Rusiyaya ötürülüb. Bu barədə xarici KİV məlumat yayıb.

Oktyabrda TŞ-nin diqqət mərkəzində Yaxın Şərq, Afrika və digər regional məsələlər olacaq. O qeyd edib ki, şura 23 oktyabrda Yaxın Şərq mövzusunda açıq debat təşkil edəcək və BMT-nin azərbaycanlı rəsmisi, təşkilatın Yaxın Şərq sülh prosesi üzrə xüsusi koordinatorunun müavini və rezident əlaqələndiricisi Ramiz Ələkbərov TŞ-də çıxış edəcək.

Səfir vurğulayıb ki, 24 oktyabr – BMT Günündə, BMT Nizamnaməsinin qüvvəyə minməsinin 80 illiyi münasibətilə xüsusi debat keçiriləcək:

"Bu debat BMT-nin yalnız keçmişin mirası olmadığını, eyni zamanda bu gün və gələcək üçün ən vacib çağırışları həll etməkdə unikal mexanizm olduğunu göstərmək üçün fürsət olacaq."

Oktyabrın 6-da isə qadınların sülh və təhlükəsizlikdə roluna həsr olunmuş debat təşkil olunacaq. Nebenzya bildirib ki, bu debat TŞ-nin 1325 saylı qətnaməsinin qəbulundan 25 il keçməsinə həsr olunacaq.

Diplomat həmçinin Afrika İttifaqı ilə əməkdaşlığa xüsusi önəm verdiklərini qeyd edib.

Səfir İranla bağlı "snapback" mexanizmini qeyri-legitim hesab etdiklərini bildirib:

"Bizim üçün bu mexanizm mövcud deyil, 2231 saylı qətnamə isə 18 oktyabr 2025-ci ilədək qüvvədə qalacaq."

Nebenzya əlavə edib ki, hazırda Ukrayna məsələsi TŞ-nin gündəliyində yer almır, lakin üzv ölkələr müraciət edərsə, müzakirəyə çıxarıla bilər:

"BMT Təhlükəsizlik Şurasının iş metodları 80 ildir dəyişməz qalıb. Rusiya sədrlik müddətində prosedurların qorunmasına, nizam-intizama və effektivliyə ciddi diqqət yetirəcək," – deyə səfir qeyd edib.

Diplomat həmçinin bildirib ki, Təhlükəsizlik Şurasının oktyabr gündəliyinə yeni baş katibin seçilmə prosesinin başlanması da daxil olacaq. Onun sözlərinə görə, ilin sonuna qədər BMT TŞ və Baş Assambleya rəhbərlərinin birgə məktubu ilə prosedura start verilə bilər.

Aytac

Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçiriləcək
Dünya 08:56
Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçiriləcək
Yaponiya sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib
Dünya 08:51
Yaponiya sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib
Folker Türk husilərin əsirliyində olan BMT əməkdaşının öldüyünü açıqlayıb
Dünya 23:47
Folker Türk husilərin əsirliyində olan BMT əməkdaşının öldüyünü açıqlayıb
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
Dünya 23:15
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
İstanbul Fond Birjasının rəhbəri saxlanılıb
Dünya 22:29
İstanbul Fond Birjasının rəhbəri saxlanılıb
SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşüb
Dünya 22:01
SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol