• $
  • €
  • ₽
  • ₺
  • £

Kiyevə hava zərbələri endirilib,ölən və yaralananlar var

Kiyevə hava zərbələri endirilib,ölən və yaralananlar var
29.11.2025 09:03

Rusiyanın Ukraynanın Kiyev vilayətinə və paytaxta hücumu nəticəsində bir nəfər həlak olub, ən azı doqquz nəfər yaralanıb.Bu barədə yerli hakimiyyət orqanları açıqlamalar verib.

Kiyevin şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib ki, Rusiyanın pilotsuz uçuş aparatlarının Svetoşin rayonuna hücumu nəticəsində bir nəfər ölüb. Kiyev meri Vitali Kliçko isə əlavə edib ki, yeddi nəfər yaralanıb, onlardan dördü xəstəxanaya yerləşdirilib.

Vilayət administrasiyasının rəhbəri Nikolay Kalaşnik isə Brovar rayonunda çoxmərtəbəli və fərdi yaşayış evlərinin zədələndiyini açıqlayıb. Brovarda iki nəfərin yaralandığı bildirilib.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, paytaxt və vilayətlər 29 noyabr gecəsi Rusiya Silahlı Qüvvələrinin dronlar və ballistik raketlərdən istifadə etməklə həyata keçirdiyi kombinə edilmiş hücuma məruz qalıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçiriləcək
Dünya 08:56
Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçiriləcək
Yaponiya sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib
Dünya 08:51
Yaponiya sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib
Folker Türk husilərin əsirliyində olan BMT əməkdaşının öldüyünü açıqlayıb
Dünya 23:47
Folker Türk husilərin əsirliyində olan BMT əməkdaşının öldüyünü açıqlayıb
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
Dünya 23:15
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
İstanbul Fond Birjasının rəhbəri saxlanılıb
Dünya 22:29
İstanbul Fond Birjasının rəhbəri saxlanılıb
SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşüb
Dünya 22:01
SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşüb
Ərdoğan: Türkiyə Qara dənizdə təhlükəsizliklə bağlı Rusiya ilə təmasları davam etdirəcək
Dünya 21:30
Ərdoğan: Türkiyə Qara dənizdə təhlükəsizliklə bağlı Rusiya ilə təmasları davam etdirəcək
Россияне ударили по Павлограду
Dünya 20:00
Россияне ударили по Павлограду
İran yeni silahlar sınaqdan keçirib
Dünya 19:57
İran yeni silahlar sınaqdan keçirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol