• $
  • €
  • ₽
  • ₺
  • £

“Airbus” dünya üzrə 6 min hava gəmisini geri çağırır

“Airbus” dünya üzrə 6 min hava gəmisini geri çağırır
29.11.2025 09:11

“Airbus” şirkəti A320 sinfinə daxil olan təyyarələrdə aşkarlanan proqram təminatı qüsuru ilə əlaqədar dünya üzrə 6 min hava gəmisini geri çağırır.Bu barədə “Spiegel” nəşri xəbər verir.

Mütəxəssislər güclü Günəş radiasiyasının uçuş idarəetməsi üçün vacib olan məlumatları zədələyə və bununla da təyyarənin stabil idarə olunmasına təsir göstərə biləcəyi barədə xəbərdarlıq ediblər.

“Airbus” bəyan edib ki, proqram təminatının yenilənməsi növbəti uçuşa qədər tamamlanmalıdır və bu proses bir sıra reyslərin ləğvinə və gecikmələrə səbəb ola bilər.

Vəziyyətlə əlaqədar Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin yaxın günlərdə təcili uçuşyararlılıq direktivi yayacağı gözlənilir. “Reuters”in məlumatına görə, təyyarələrin bir hissəsində yalnız əvvəlki proqram versiyasına geri dönüş tələb olunsa da, yüzlərlə “A320”də avadanlığın tam dəyişdirilməsi mümkündür ki, bu da uçuşların bir neçə həftəlik dayanmasına gətirib çıxara bilər.

Qərara səbəb olan hadisə oktyabrda baş verib. “JetBlue” aviaşirkətinə məxsus təyyarə uçuş idarəetməsində yaranan nasazlıq və qəfil hündürlük itkisi səbəbindən ABŞ-ın Tampa şəhərində təcili eniş etməli olub. Hadisə zamanı bir neçə sərnişin xəstəxanaya yerləşdirilib. “Airbus” baş verənlərlə bağlı təəssüfünü ifadə edərək təhlükəsizliyin tam təmin edilməsinin şirkətin əsas prioriteti olduğunu bəyan edib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçiriləcək
Dünya 08:56
Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçiriləcək
Yaponiya sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib
Dünya 08:51
Yaponiya sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib
Folker Türk husilərin əsirliyində olan BMT əməkdaşının öldüyünü açıqlayıb
Dünya 23:47
Folker Türk husilərin əsirliyində olan BMT əməkdaşının öldüyünü açıqlayıb
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
Dünya 23:15
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
İstanbul Fond Birjasının rəhbəri saxlanılıb
Dünya 22:29
İstanbul Fond Birjasının rəhbəri saxlanılıb
SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşüb
Dünya 22:01
SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşüb
Ərdoğan: Türkiyə Qara dənizdə təhlükəsizliklə bağlı Rusiya ilə təmasları davam etdirəcək
Dünya 21:30
Ərdoğan: Türkiyə Qara dənizdə təhlükəsizliklə bağlı Rusiya ilə təmasları davam etdirəcək
Россияне ударили по Павлограду
Dünya 20:00
Россияне ударили по Павлограду
İran yeni silahlar sınaqdan keçirib
Dünya 19:57
İran yeni silahlar sınaqdan keçirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol