• $
  • €
  • ₽
  • ₺
  • £

Tramp Luiziana qubernatorunu Qrenlandiya üzrə xüsusi elçi təyin edib

Tramp Luiziana qubernatorunu Qrenlandiya üzrə xüsusi elçi təyin edib
23.12.2025 08:48

ABŞ Prezidenti Donald Tramp Luiziana ştatının qubernatoru Ceff Lendrini Qrenlandiya üzrə xüsusi elçi təyin edib. Lendri sosial mediada bu vəzifəni qəbul etməyə hazır olduğunu bildirərək Qrenlandiyanın ABŞ-a birləşdirilməsi istiqamətində işləmək niyyətini açıqlayıb.

Tramp təyinatı dekabrın 21-də elan edərək bildirib ki, Lendri Qrenlandiyanın ABŞ-ın milli təhlükəsizliyi üçün əhəmiyyətini anlayır.

Prezidentin sözlərinə görə, Vaşinqtonun marağı minerallardan deyil, milli təhlükəsizlikdən irəli gəlir. Tramp daha əvvəl də Arktika adasının ABŞ üçün strateji əhəmiyyət daşıdığını bəyan edib.

Bu qərar Danimarkada kəskin reaksiya doğurub. Kopenhagen ABŞ səfirini izahat üçün çağıracağını açıqlayıb. Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen Vaşinqtonun addımından dərin narahatlıq ifadə edərək, ölkəsinin suverenliyinə hörmətsizlik kimi qiymətləndirilə biləcək hərəkətlərə qarşı xəbərdarlıq edib.

Danimarkanın baş naziri Mette Frederiksen və Qrenlandiyanın baş naziri Yens-Fredrik Nilsen birgə bəyanatda milli sərhədlər və dövlətlərin suverenliyinin beynəlxalq hüquqa əsaslandığını vurğulayaraq, Qrenlandiyanın qrenlandiyalılara məxsus olduğunu və ABŞ-ın adanı işğal etməməli olduğunu bildiriblər.

Gülnar 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Folker Türk husilərin əsirliyində olan BMT əməkdaşının öldüyünü açıqlayıb
Dünya 23:47
Folker Türk husilərin əsirliyində olan BMT əməkdaşının öldüyünü açıqlayıb
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
Dünya 23:15
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
İstanbul Fond Birjasının rəhbəri saxlanılıb
Dünya 22:29
İstanbul Fond Birjasının rəhbəri saxlanılıb
SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşüb
Dünya 22:01
SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşüb
Ərdoğan: Türkiyə Qara dənizdə təhlükəsizliklə bağlı Rusiya ilə təmasları davam etdirəcək
Dünya 21:30
Ərdoğan: Türkiyə Qara dənizdə təhlükəsizliklə bağlı Rusiya ilə təmasları davam etdirəcək
Россияне ударили по Павлограду
Dünya 20:00
Россияне ударили по Павлограду
İran yeni silahlar sınaqdan keçirib
Dünya 19:57
İran yeni silahlar sınaqdan keçirib
Zelenski Türkiyəyə səfər edib
Dünya 16:48
Zelenski Türkiyəyə səfər edib
Türkiyə Silahlı Qüvvələrinin əsgəri şəhid olub
Dünya 12:00
Türkiyə Silahlı Qüvvələrinin əsgəri şəhid olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol