• $
  • €
  • ₽
  • ₺
  • £

Almaniya XİN rəhbəri ABŞ-da BMT-nin baş katibi ilə görüşəcək

Almaniya XİN rəhbəri ABŞ-da BMT-nin baş katibi ilə görüşəcək
11.01.2026 19:00

Almaniyanın xarici işlər naziri Yohann Vadeful ABŞ-a işgüzar səfəri çərçivəsində Nyu-Yorkda BMT-nin baş katibi Antonio Quterreş ilə görüşməyi planlaşdırır.Bu barədə o, Vaşinqtona uçuşdan əvvəl jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, “Almaniya üçün beynəlxalq tərəfdaş kimi etibarlılıq, şübhəsiz ki, beynəlxalq hüquqa və beynəlxalq əməkdaşlığa sadiqliyi də əhatə edir. Məhz buna görə Vaşinqtonda apardığım danışıqlardan sonra Nyu-Yorkda BMT-nin baş katibi Antonio Quterreş ilə də görüşəcəyəm.

ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı bəyanatlarına münasibət bildirən Almaniya XİN rəhbəri NATO çərçivəsində təhlükəsizlik üçün ümumi məsuliyyətin vacibliyini vurğulayıb. “Əlbəttə, yaxın tərəfdaşlar arasında belə müxtəlif baxışlar yarana bilər. Lakin bu, ümumi mənzərəni gözdən qaçırmağımıza səbəb olmamalıdır”, – deyə o qeyd edib.

“Fikir ayrılıqları olan məsələlərdə biz bu ziddiyyətləri dialoq yolu ilə həll etmək istəyirik ki, sülh və təhlükəsizliklə bağlı ümumi məsuliyyətimizi yerinə yetirək. Bu yanaşma ilə Vaşinqtonda amerikalı həmkarım Marko Rubio ilə müzakirələr aparacağam. Bizim məsuliyyətimizə, xüsusilə, NATO-nun adını daşıyan və ümumi təhlükəsizliyimiz üçün strateji əhəmiyyət kəsb edən Şimali Atlantika regionunun təhlükəsizliyi daxildir”, – deyə nazir bildirib.

Vadeful vurğulayıb ki, bu məsələlər NATO çərçivəsində birgə müzakirə olunmalıdır: “NATO üzrə bütün müttəfiqlərin qanuni maraqları, eləcə də region sakinlərinin mənafeləri diqqət mərkəzində olmalıdır. Bu, təbii ki, Qrenlandiyaya və onun xalqına da aiddir”.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Folker Türk husilərin əsirliyində olan BMT əməkdaşının öldüyünü açıqlayıb
Dünya 23:47
Folker Türk husilərin əsirliyində olan BMT əməkdaşının öldüyünü açıqlayıb
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
Dünya 23:15
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
İstanbul Fond Birjasının rəhbəri saxlanılıb
Dünya 22:29
İstanbul Fond Birjasının rəhbəri saxlanılıb
SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşüb
Dünya 22:01
SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşüb
Ərdoğan: Türkiyə Qara dənizdə təhlükəsizliklə bağlı Rusiya ilə təmasları davam etdirəcək
Dünya 21:30
Ərdoğan: Türkiyə Qara dənizdə təhlükəsizliklə bağlı Rusiya ilə təmasları davam etdirəcək
Россияне ударили по Павлограду
Dünya 20:00
Россияне ударили по Павлограду
İran yeni silahlar sınaqdan keçirib
Dünya 19:57
İran yeni silahlar sınaqdan keçirib
Zelenski Türkiyəyə səfər edib
Dünya 16:48
Zelenski Türkiyəyə səfər edib
Türkiyə Silahlı Qüvvələrinin əsgəri şəhid olub
Dünya 12:00
Türkiyə Silahlı Qüvvələrinin əsgəri şəhid olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol