• $
  • £

Ölkənin birinci bankı cəmi gəlirlilik üzrə 2025-ci ilin lideridir: 1 milyard 881 milyon 674 min manat

Ölkənin birinci bankı cəmi gəlirlilik üzrə 2025-ci ilin lideridir:
1 milyard 881 milyon 674 min manat
15.01.2026 10:04

Ölkənin birinci bankı Kapital Bank 2025-ci il üçün maliyyyə hesabatını təqdim edib. 31 dekabr 2025-ci ilə aid hesabata görə bankın cəmi gəlirləri 2024-cü illə müqayisədə 27,6% artaraq 1 milyard 881 milyon 674 min manata çatıb. Bu nəticə ilə bank maliyyə bazarında rəqiblərini geridə qoyaraq banklar arasında lider mövqeyini qoruyub. Eyni zamanda son 3 ilin ən yüksək artım tempinə nail olub. Qeyd edək ki, ötən il bu göstərici 1 milyard 474 milyon 908 min manat olub. Məcmu gəlirlərin artması həm faiz, həm də qeyri-faiz gəlirlərindəki yüksəlişlə bağlıdır. Belə ki, 2025-ci ildə bankın faiz gəlirləri 38,8% artım nümayiş etdirərək 1 milyard 180 milyon 81 min manata çatıb. 2024-cü ildə bu göstərici 850 milyon 258 min manat təşkil edib. Qeyri-faiz gəlirlərində isə 12,3% artım müşahidə olunub: 2024-cü ildə 624 milyon 651 min manat həcmində olan bu göstərici 2025-ci ildə 701 milyon 592 min manata yüksəlib.  

Bankın xalis mənfəətində isə son 3 ilin ən yüksək nəticəsi qeydə alınıb. Belə ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə ölkənin birinci bankı 315 milyon manat  xalis mənfəət əldə edib. Bu, bankın  2024-cü ildə qazandığı 186 milyon 501 min manat xalis mənfəətdən 68,9% daha çoxdur. 

Bankın kredit portfeli 4% artaraq 5 milyard 419 milyon 985 min manata çatıb. Bu göstərici 2024-cü ildə 5 milyard 211 milyon 207 min manat təşkil edib. Artıma daha çox istehlak və biznes kreditləri səbəb olsa da, göstəricinin əsas hissəsi istehlak kreditlərinin payına düşüb.  

Ötən il cəmi depozit portfeli 8 milyard 288 milyon 654 min manat təşkil edib. 2024-cü illə müqayisədə bankın depozit portfelində 7,7% azalma müşahidə olunub. 2025-ci ildə hüquqi şəxslərin depozitləri 5 milyard 151 milyon 830 min manat təşkil etdiyi halda, fiziki şəxslərin depozitləri 20,9% artaraq 3 milyard 136 milyon 823 min manata çatıb. 

2025-ci ilə bankın kapitalı da 27% artıb. 2024-cü ildə bu göstərici 927 milyon 943 min manat təşkil etdiyi halda, ötən il 1 milyard 178 milyon 338 min manata çatıb. Qeyd edək ki, bankın kapitalı sistem əhəmiyyətli banklar üçün tələb olunan minimum 12,5%-lik normanı üstələyərək 14,14% təşkil edib.

2025-ci ilə ölkənin birinci bankının I dərəcəli kapitalının adekvatlıq əmsalı da yüksələrək 9,86% təşkil edib. Bu isə bankın nüfuzunu artıran və maliyyə dayanıqlılığını təmin edən əhəmiyyətli faktordur. Bu, bankın güclü maliyyə dayanıqlılığını təmin etməklə yanaşı, risklərin idarə edilməsi istiqamətində bütün müştərilər üçün mükəmməl resurslara sahib olduğunun göstəricisidir. 

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 115 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – //kbl.az/prcrc

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
İqtisadiyyat 11:10
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Şimşək çaxır, arabir yağış yağır - Faktiki hava
İqtisadiyyat 10:30
Şimşək çaxır, arabir yağış yağır - Faktiki hava
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:09
Azərbaycan nefti ucuzlaşıb

Bakı Limanında quru yük aşırılması 77% artıb
İqtisadiyyat 16:21
Bakı Limanında quru yük aşırılması 77% artıb
Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə bu ayın pensiyaları ödənilib
İqtisadiyyat 13:20
Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə bu ayın pensiyaları ödənilib
Deputat dağ kəndlərində kommunal tariflərin azaldılmasını təklif edir
İqtisadiyyat 13:09
Deputat dağ kəndlərində kommunal tariflərin azaldılmasını təklif edir
Deputat AAYDA-ya çağırış edib - körpü ilə bağlı təcili addımlar atılmalıdır
İqtisadiyyat 13:02
Deputat AAYDA-ya çağırış edib - körpü ilə bağlı təcili addımlar atılmalıdır
Büdcə vəsaitlərinin yaratdığı nəticələr açıqlanmalıdır - deputat
İqtisadiyyat 12:52
Büdcə vəsaitlərinin yaratdığı nəticələr açıqlanmalıdır - deputat
İqtisadi artım proqnozlardan geri qalıb - deputat
İqtisadiyyat 12:43
İqtisadi artım proqnozlardan geri qalıb - deputat
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol