• $
  • £

“Xalq Bank”da mənfəət azalıb – xərclər gəliri üstələyir

“Xalq Bank”da mənfəət azalıb – xərclər gəliri üstələyir
15.01.2026 14:01

“Xalq Bank” ASC 2025-ci ili 61,081 milyon manat xalis mənfəətlə başa vurub, bu isə 2024-cü illə müqayisədə 7,1 % azalma deməkdir.

Bankın rəsmi hesabatına görə, gəlirlər 280,978 milyon manat artıb, amma xərclər 212,46 milyon manata çataraq 42 % yüksəlib, nəticədə mənfəət əhəmiyyətli dərəcədə sıxışdırılıb.

Bankın xüsusi ehtiyatlara ayırmaları 6,34 milyon manat olub (15,2 % artım), mənfəət vergisi ödənişləri isə 18,7 % azalaraq 13,777 milyon manat təşkil edib.

Yanvarın 1-nə bankın aktivləri 3,184 milyard manat, kredit portfeli isə 1,802 milyard manat, lakin ötən il kredit portfeli 2,4 % azalıb, bu da risklərin artdığına işarədir.

Öhdəliklər 3,3 % artaraq 2,642 milyard manat, depozit portfeli isə 0,8 % yüksələrək 1,921 milyard manat təşkil edib. Balans kapitalı 6,2 % artaraq 542,642 milyon manat, nizamnamə kapitalı isə 7,5 % artaraq 446,6 milyon manat olub.

2004-cü ildə yaradılan bankın 50 %-i “İdeal Business Co.” MMC, 33,85 %-i “Euro Standard” MMC, 16,15 %-i “Foton” MMC-yə məxsusdur. Bankın səhmdarları həmçinin “Xalq Sığorta” ASC-də 50 % pay sahibidirlər.

Gülnar 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
İqtisadiyyat 11:10
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Şimşək çaxır, arabir yağış yağır - Faktiki hava
İqtisadiyyat 10:30
Şimşək çaxır, arabir yağış yağır - Faktiki hava
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:09
Azərbaycan nefti ucuzlaşıb

Bakı Limanında quru yük aşırılması 77% artıb
İqtisadiyyat 16:21
Bakı Limanında quru yük aşırılması 77% artıb
Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə bu ayın pensiyaları ödənilib
İqtisadiyyat 13:20
Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə bu ayın pensiyaları ödənilib
Deputat dağ kəndlərində kommunal tariflərin azaldılmasını təklif edir
İqtisadiyyat 13:09
Deputat dağ kəndlərində kommunal tariflərin azaldılmasını təklif edir
Deputat AAYDA-ya çağırış edib - körpü ilə bağlı təcili addımlar atılmalıdır
İqtisadiyyat 13:02
Deputat AAYDA-ya çağırış edib - körpü ilə bağlı təcili addımlar atılmalıdır
Büdcə vəsaitlərinin yaratdığı nəticələr açıqlanmalıdır - deputat
İqtisadiyyat 12:52
Büdcə vəsaitlərinin yaratdığı nəticələr açıqlanmalıdır - deputat
İqtisadi artım proqnozlardan geri qalıb - deputat
İqtisadiyyat 12:43
İqtisadi artım proqnozlardan geri qalıb - deputat
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol