• $
  • £

Azərbaycan və Gürcüstan arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

Azərbaycan və Gürcüstan arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib
17.02.2026 23:30

17 fevral 2026-cı il tarixində Bakı şəhərində Azərbaycan Respublikası və Gürcüstan Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.Bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.

Azərbaycan Respublikası tərəfindən siyasi məsləhətləşmələrə xarici işlər nazirinin müavini Samir Şərifov, Gürcüstan tərəfindən isə xarici işlər nazirinin müavini Laşa Darsalia rəhbərlik edib.

Siyasi məsləhətləşmələr zamanı Azərbaycan və Gürcüstan arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin hazırkı yüksək səviyyəsindən məmnunluq ifadə olunub, iki ölkə arasında əməkdaşlığın regionun təhlükəsizliyi və iqtisadi rifahı üçün əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Ölkələr arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin və siyasi dialoqun dinamikası müsbət qiymətləndirilib, beynəlxalq təşkilatlar çərçivəsində və çoxtərəfli formatlarda əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti qeyd edilib.

Görüş zamanı iqtisadi, ticarət, enerji, nəqliyyat, tranzit, humanitar və təhsil sahələrində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə olunub.

Baş nazirlərin rəhbərlik etdiyi Azərbaycan Respublikası ilə Gürcüstan arasında İqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadığı vurğulanıb.

Gürcüstan tərəfinə post-münaqişə dövründə bölgədə yaranmış yeni reallıqlar, Azərbaycanın sülh gündəliyi və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident Ərdoğana başsağlığı verib
Siyasət 18:42
Prezident Ərdoğana başsağlığı verib
Qafarova və Simonyan İstanbulda qısa görüş keçirib
Siyasət 17:01
Qafarova və Simonyan İstanbulda qısa görüş keçirib
Prezident deputatla bağlı sərəncam imzalayıb
Siyasət 15:19
Prezident deputatla bağlı sərəncam imzalayıb
Prezident və xanımı Türkiyəyə səfərə gedib
Siyasət 14:54
Prezident və xanımı Türkiyəyə səfərə gedib
Overçuk Azərbaycana gəlib
Siyasət 21:46
Overçuk Azərbaycana gəlib
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
Siyasət 19:55
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin qərargahı yaradılacaq
Siyasət 19:33
Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin qərargahı yaradılacaq
Azərbaycan-Aİ münasibətlərinin perspektivi müzakirə edilib
Siyasət 18:19
Azərbaycan-Aİ münasibətlərinin perspektivi müzakirə edilib
Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək
Siyasət 16:07
Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol