• $
  • £

AQTA: Azərbaycanda ən çox saxtalaşdırılan məhsullar spirtli içkilər, bal, kürü və "kənd toyuğu"dur

AQTA: Azərbaycanda ən çox saxtalaşdırılan məhsullar spirtli içkilər, bal, kürü və "kənd toyuğu"dur
01.07.2026 11:13

Azərbaycanda ən çox saxtalaşdırılan qida məhsulları spirtli içkilər, bal, qara kürü və "kənd toyuğu" adı ilə satılan məhsullardır. Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Trend Beynəlxalq İnformasiya Agentliyinə və "Xəzər TV"yə birgə müsahibəsində deyib.

Təhməzlinin sözlərinə görə, Agentlik indiyədək təxminən 4 ton saxta bal aşkarlayıb, onun 2 tona yaxını isə dövriyyədən çıxarılaraq məhv edilib.

AQTA sədri bildirib ki, dünyada olduğu kimi, Azərbaycanda da ən çox saxtalaşdırılan məhsullar sırasında alkoqollu içkilər ön sıralardadır. Onun sözlərinə görə, aparılan yoxlamalar zamanı 163 qida obyektində, o cümlədən ticarət və ictimai iaşə müəssisələrində saxta spirtli içkilər aşkarlanıb. Həmin məhsullar ekspertizadan keçirildikdən sonra dövriyyədən çıxarılıb və məhv edilib.

Qara kürünün saxtalaşdırılması ilə bağlı halların da artdığını qeyd edən Təhməzli deyib ki, əsasən iki növ qanun pozuntusu müşahidə olunur. Birinci halda xarici mənşəli kürü Azərbaycan nərə balığının kürüsü kimi satışa təqdim edilir, ikinci halda isə süni kürü təbii qara kürü adı altında istehlakçılara təklif olunur.

O vurğulayıb ki, süni kürünün istehsalı və idxalı qanunvericiliyə zidd deyil, lakin məhsul yalnız öz adı ilə satışa çıxarılmalıdır. Onun təbii qara kürü kimi təqdim edilməsi istehlakçı hüquqlarının pozulması hesab olunur.

AQTA-nın məlumatına görə, qara kürü ilə bağlı 10 ərzaq bazarında, 8 ticarət obyektində, 14 idxal anbarında və 61 ictimai iaşə müəssisəsində yoxlamalar aparılıb. Nəticədə bəzi obyektlərdə başqa mənşəli kürünün Azərbaycan nərə balığının kürüsü adı altında satıldığı müəyyən edilərək qarşısı alınıb.

Təhməzli əlavə edib ki, saxtalaşdırma halları "kənd toyuğu" adı ilə satılan məhsullarda da müşahidə edilir. Onun sözlərinə görə, bəzi hallarda sənaye üsulu ilə yetişdirilmiş toyuqların dərisi qida sənayesində istifadəsi qadağan olunan toksik boyalarla rənglənərək "kənd toyuğu" kimi satışa çıxarılır. AQTA bu cür qanun pozuntularına qarşı nəzarət tədbirlərinin davam etdirildiyini bildirib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Paytaxtın iki rayonunda su olmayacaq
Cəmiyyət 23:09
Paytaxtın iki rayonunda su olmayacaq
Sabah bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 22:35
Sabah bu ərazilərdə işıq olmayacaq
Bakıda 21 və 30 nömrəli avtobusların dayanacaqları dəyişdirilib
Cəmiyyət 21:41
Bakıda 21 və 30 nömrəli avtobusların dayanacaqları dəyişdirilib
Yardımlı İcra Hakimiyyətində əməliyyat: həbs olunanlar var
Cəmiyyət 18:19
Yardımlı İcra Hakimiyyətində əməliyyat: həbs olunanlar var
Allahşükür Paşazadə İlham Əliyevə təşəkkür edib
Cəmiyyət 17:26
Allahşükür Paşazadə İlham Əliyevə təşəkkür edib
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
Cəmiyyət 17:10
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
Azercell Könüllüləri yeni tədris ili ərəfəsində məktəblilərə dəstək oldu
Cəmiyyət 16:51
Azercell Könüllüləri yeni tədris ili ərəfəsində məktəblilərə dəstək oldu
Azərbaycan 8 ayda 617 min tondan çox neft məhsulu ixrac edib
Cəmiyyət 15:55
Azərbaycan 8 ayda 617 min tondan çox neft məhsulu ixrac edib

Sabah rayonlarda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 15:09
Sabah rayonlarda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol