• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

Saakaşvilinin harada olduğu bilinmir

Saakaşvilinin harada olduğu bilinmir
30.11.2013 13:59

Gürcüstanda «Milli Hərəkat» liderlərindən olan Georgi Vaşadze keçmiş prezident Mixail Saakaşvilinin harda olduğunu bilmədiyini açıqlayıb. Lakin partiyanın liderləri mütamadi olaraq onunla məsləhətləşir.

Gundemxeber.info-nun məlumatına görə, TV-3 kanalına açıqlamasında Vaşadze Saakaşvilinin siyasi fəaliyyətində fasilə götürdüyünü açıqlayıb: «Saakaşvilinin hansı şəhərdə olduğunu bilmirəm. Bilirsiniz ki, o fəal adamdır və bu gün bir yerdə, sabah başqa yerdə ola bilər. Çoxlu görüşlər keçirir, ancaq daimi yaşayış yerini dəyişmək istəmir. Saakaşvili xaricdədir, ancaq hansı ölkədə olduğunu dəqiq bilmirəm. Ona müxtəlif beynəlxalq təşkilatlardan və institutlardan təkliflər gəlir, ancaq təklif olunan postların nə dərəcədə vacib olduğunu da bilmirəm».

Vaşadze həmçinin qeyd edib ki, keçmiş prezident «Milli Hərəkat»ın partiya fəaliyyətində fəal iştirak edəcək. Gürcüstan prezidenti Georgi Marqvelaşvili isə «Şərq Tərəfdaşlığı» sammiti başa çatandan sonra keçirdiyi mətbuat konfransında bildirib ki, Saakaşvili istədiyi yerdə yaşaya bilər. O həmçinin Saakaşviliyə qarşı heç bir iş aparılmadığını deyib: «Saakaşvili azad ölkənin azad vətəndaşıdır, istədiyi yerdə yaşaya bilər»

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Ukraynanın müdafiə naziri vəzifəsindən azad edilib
Dünya 15:45
Ukraynanın müdafiə naziri vəzifəsindən azad edilib
Ukraynanın Rusiyanın dron istehsalı zavodunu raketlə vurub
Dünya 15:28
Ukraynanın Rusiyanın dron istehsalı zavodunu raketlə vurub
Oktay Kaynarca narkotik şübhəsi ilə saxlanılıb
Dünya 12:42
Oktay Kaynarca narkotik şübhəsi ilə saxlanılıb
İran riyalı dəyərini itirib, ekranlarda “0,00” görünür
Dünya 09:46
İran riyalı dəyərini itirib, ekranlarda “0,00” görünür
Tramp İranla ticarət edən ölkələri 25% tariflərlə hədələyib
Dünya 09:33
Tramp İranla ticarət edən ölkələri 25% tariflərlə hədələyib
Tramp Venesuela müxalifətinin lideri Maçado ilə görüşəcək
Dünya 23:34
Tramp Venesuela müxalifətinin lideri Maçado ilə görüşəcək
Rza Pəhləvi Trampa müraciət edib
Dünya 23:12
Rza Pəhləvi Trampa müraciət edib
Tehran nüvə proqramı ilə bağlı danışıqlar masasına qayıtmağa hazırdır - İran XİN
Dünya 22:55
Tehran nüvə proqramı ilə bağlı danışıqlar masasına qayıtmağa hazırdır - İran XİN
Qaribaşvili həbsxanaya göndərilib
Dünya 22:23
Qaribaşvili həbsxanaya göndərilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol