• $
  • £

SpaceX-in bazar dəyəri 1,2 trilyon dollar azalıb

SpaceX-in bazar dəyəri 1,2 trilyon dollar azalıb
28.07.2026 16:16

İlon Maskın sahibi olduğu SpaceX şirkətinin bazar kapitallaşması iyun ayından bəri 1,2 trilyon dollar azalıb. Bu barədə CNBC məlumat yayıb.

Məlumata görə, iyunun ortalarında şirkətin səhmləri bir səhm üçün 225,6 dollara qədər yüksəlsə də, iyulun 27-də 113,5 dollara enib. Nəticədə SpaceX-in bazar dəyəri 1,2 trilyon dollar azalıb. Müqayisə üçün, Tesla şirkətinin hazırkı bazar kapitallaşması təxminən 1,22 trilyon dollar təşkil edir.

CNBC qeyd edir ki, İlon Mask daha əvvəl zarafatla özünü "keçmiş trilyoner" adlandırmışdı. O, iyunun 12-də sərvəti 1 trilyon dolları keçən ilk şəxs olmuşdu. Lakin SpaceX səhmlərinin kəskin ucuzlaşmasından sonra Maskın sərvəti azalmağa başlayıb. İyunun 24-də onun xalis sərvəti 957 milyard dollara enib.

Bloomberg Billionaires Index-in son məlumatına görə, hazırda İlon Maskın xalis sərvəti 709 milyard dollar təşkil edir.

SpaceX dünyanın ən iri özəl kosmik şirkətlərindən biridir. Şirkət Falcon raketləri, Starlink peyk internet sistemi və Mars missiyaları üçün nəzərdə tutulan Starship proqramını inkişaf etdirir. İlon Maskın sərvətinin əsas hissəsi SpaceX və Tesla-dakı paylarından formalaşır.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
SpaceX-in bazar dəyəri 1,2 trilyon dollar azalıb
Texnologiya 16:16
SpaceX-in bazar dəyəri 1,2 trilyon dollar azalıb
Elon Muskı ilk trilyonerə çevirə bilər
Texnologiya 09:37
Elon Muskı ilk trilyonerə çevirə bilər
Türkiyə “Yıldırımhan” qitələrarası raketini Somalidə sınaqdan keçirməyi planlaşdırır
Texnologiya 09:12
Türkiyə “Yıldırımhan” qitələrarası raketini Somalidə sınaqdan keçirməyi planlaşdırır
Bu ölkədə internet vətəndaşlar üçün pulsuz olacaq
Texnologiya 16:34
Bu ölkədə internet vətəndaşlar üçün pulsuz olacaq
Britaniya X şəbəkəsini bağlamağı nəzərdən keçirir
Texnologiya 11:34
Britaniya X şəbəkəsini bağlamağı nəzərdən keçirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol