• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

Prezidentin şikayəti: "Tək qalmışam”

Prezidentin şikayəti: "Tək qalmışam”
29.11.2013 10:25
“Ukraynanın xarici işlər naziri Leonid Kojara avropalı nazirlərə təsdiqlədi ki, Ukrayna Avropa Birliyi ilə saziş imzalanmasını Rusiyanın təzyiqi ilə təxirə salıb”. APA-nın “Ukrainskaya pravda”ya istinadən verdiyi xəbərə görə, bunu özünün “Twitter” səhifəsində İsveçin xarici işlər naziri Karl Bildt yazıb. “Ukrayna XİN-in rəhbəri bizim diskussiyalarımızda təsdiqləyir ki, Ukrayna AB ilə assosiasiya sazişinin imzalanması məsələsində Rusiyanın sərt iqtisadi təzyiqlərinə məruz qalıb”, deyə o, qeyd edib. İnternetdə isə Ukrayna prezidenti Viktor Yanukoviçin Vilnüsdə dövlət və hökumət başçılarının naharından əvvəl Litva prezidenti Dalya Qribauskayte və Almaniya kansleri Angela Merkel ilə ayaqüstü söhbətinin videosu yayılıb. Videoda D. Qribauskaytenin V. Yanukoviçi assosiasiya sazişini imzalamaq üçün dilə tutduğu görünür. Lakin V. Yanukoviç cavab verir ki, artıq hökumətin bu barədə qərarı var. Söhbətə A. Merkel qoşulduqdan sonra V. Yanukoviç ona Ukraynanın iqtisadi durumunun ağırlığından danışır: “Mən istəyirəm ki, siz məni başa düşəsiniz. Mən 3,5 ildir təkəm. Çox güclü Rusiya ilə qeyri-bərabər şəraitdə tək qalmışam...”ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Ukraynanın müdafiə naziri vəzifəsindən azad edilib
Dünya 15:45
Ukraynanın müdafiə naziri vəzifəsindən azad edilib
Ukraynanın Rusiyanın dron istehsalı zavodunu raketlə vurub
Dünya 15:28
Ukraynanın Rusiyanın dron istehsalı zavodunu raketlə vurub
Oktay Kaynarca narkotik şübhəsi ilə saxlanılıb
Dünya 12:42
Oktay Kaynarca narkotik şübhəsi ilə saxlanılıb
İran riyalı dəyərini itirib, ekranlarda “0,00” görünür
Dünya 09:46
İran riyalı dəyərini itirib, ekranlarda “0,00” görünür
Tramp İranla ticarət edən ölkələri 25% tariflərlə hədələyib
Dünya 09:33
Tramp İranla ticarət edən ölkələri 25% tariflərlə hədələyib
Tramp Venesuela müxalifətinin lideri Maçado ilə görüşəcək
Dünya 23:34
Tramp Venesuela müxalifətinin lideri Maçado ilə görüşəcək
Rza Pəhləvi Trampa müraciət edib
Dünya 23:12
Rza Pəhləvi Trampa müraciət edib
Tehran nüvə proqramı ilə bağlı danışıqlar masasına qayıtmağa hazırdır - İran XİN
Dünya 22:55
Tehran nüvə proqramı ilə bağlı danışıqlar masasına qayıtmağa hazırdır - İran XİN
Qaribaşvili həbsxanaya göndərilib
Dünya 22:23
Qaribaşvili həbsxanaya göndərilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol